Musiqili Teatrda üç gündə beş tamaşa

Musiqili Teatrda üç gündə beş tamaşa
21:03 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç gün ərzində beş tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, söhbət noyabrın 13, 14 və 15-də təqdim olunacaq “Qafqazlı qardaşqızı”, “Toya bir gün qalmış”, “Qırmızıpapaq”, “Mən dəyərəm min cavana” və “Yağış göbələyinin macərası” tamaşalarından gedir. Tamaşaçılar bu səhnə əsərlərində sevimli aktyorlar – xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Emma Məlikova, Əkbər Əlizadə və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, noyabrın 13-də “Qafqazlı qardaşqızı” əsəri, noyabrın 15-də isə “Yağış göbələyinin macərası” iki hissəli musiqili nağıl-tamaşası rus dilində təqdim olunacaq. Həmçinin noyabrın 14-də “Qırmızıpapaq” tamaşası uşaqlar üçün nümayiş ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqili_Teatrda_uch_gunde_bes_tamasa-901548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR