Atası müğənninin oxşarını qızından ayıra bilmədi - foto

Atası müğənninin oxşarını qızından ayıra bilmədi - foto
21:06 12 Noyabr 2015
79 Şou
Ölkə mətbuatı
A- A+

Hollivud ulduzu Leonardo Dikapriodan sonra müğənni Mayli Sayrusun bənzəri görənləri təəccübləndirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Mardi Şeyklford adlı qız İnstaqram hesabından fotolarını paylaşdıqdan sonra görənləri heyrətləndirib. Belə ki, Mardi saç düzümündən tutmuş, hərəkətləri ilə qalmaqallı ifaçı Maylinin eynisidir. M.Şeyklfordun M.Sayrusa inanılmaz bənzərliyi müğənninin atası Billi Sayrusu da təəccübləndirib. O hətta Mardini Maylidən ayıra bilməyib.

M.Şeyklford bildirib ki, hələ 14 yaşında ofisiant işləyərkən müştərilər onun dünya ulduzuna bənzədiyini söyləyərək şəkillər çəkdirirmişlər.

Qeyd edək ki, Mardinin ifaçıya oxşarlığı ona gəlir də gətirib. Belə ki, gənc qız Çikaqoda məşhurların əkizləri müsabiqəsində 2,5 min dollar qazanıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR