Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qalmaqallı "Azərbaycan evi"nin yeri bəlli oldu

Qalmaqallı "Azərbaycan evi"nin yeri bəlli oldu

Date: 12 November 2015 21:06

Rusiyanın Yekaterinburq şəhərində inşa edilməsi gözlənilən "Azərbaycan evi"nə yeni sahə ayrılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyadakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski danışıb.

Onun sözlərinə görə, diaspora bunun üçün inşası başa çatmayan teleqüllənin yaxınlığında sirkin arxasında torpaq sahəsi ayrılıb.

"Bizə 30 min kvadrat metrlik sahə ayrılacağını söz veriblər. İnşaatı əvvəlki layihə əsasında aparmaq istəyirik. Bununla belə biz yenidən tikinti üçün müxtəlif icazə, razılıqlar almalı olacağıq", - deyən Şahin Şıxlinski indiyədək xeyli zərər çəkdiyini də etiraf edib.


Rusiyada inşası nəzərdə tutulan "Azərbaycan evi"


"Əvvəlki ərazidə dövlət ekspertizası aparılmışdı. Bundan başqa investor hələ də həmin əraziyə görə icarə haqqı ödəyir", - deyən Şahin Şıxlinski tikinti işinin 2 il çəkəcəyini, evin 2018-ci ilin yazından sonra hazır olacağını da əlavə edib.

Qeyd edək ki, "Azərbaycan evi" adı ilə tanınan 16 mərtəbəli biznes mərkəzi üçün indiyədək bir neçə yer təklif edilib.

Təklif edilən yerlərdən biri isə yaşayış binasının yanında parkın yaxınlığında yerləşdiyinə görə yerli sakinlərin narazılığına səbəb olmuşdu.



Hətta bu məsələ ilə bağlı məhkəmə prosesi də olub. Diaspor prosesi udsa da, biznes mərkəzinin həmin ərazidə tikilməsi təxirə salındı.

Belə ki, məhkəmədən sonra işə parkın yanındakı ərazinin sahibi olan qurumlar qarşıdılar. Yekun olaraq qərara alındı ki, kompleksin tikintisi üçün başqa ərazi müəyyən edilsin.

Tags:  Qalmaqallı Azərbaycan evinin yeri bəlli oldu


RƏYLƏR


Top news