Vətəndaşları sevindirəcək xəbər - VİDEO

Vətəndaşları sevindirəcək xəbər - VİDEO
21:12 12 Noyabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Qiymətləndirmə şirkətləri artıq qiymətləri süni olaraq artıra və ya azalda bilməyəcəklər. Bu sahədə ortaya qoyulan yeni tələblər banklara yaxınlığı ilə seçilən belə şirkətlərin vətəndaşların hüququnu pozmasının qarşısını alacaq. "Xəzər Xəbər" yeniliyin təfərrüatlarını araşdırıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, artıq daşınmaz əmlakın dəyərini müəyyən edən qiymətləndirmə şirkətləri mənzillərə və ya obyektlərə istədikləri kimi qiymət qoya bilməcəyəklər. Çünki bu şirkətlərə qiymətləri müəyyən etmək üçün konkret çərçivələr qoyulacaq.

Banklar ipoteka prosesində vətəndaşları məcbur edirdilər ki, onlar mütləq hansısa konkret qiymətləndirmə şirkətinin xidmətindən istifadə etsinlər. Banklara yaxın olan bu şirkətlər bankların mövqeyindən çıxış edərək mənzilin qiymətini bazar qiymətindən xeyli aşağı göstərməyə nail olurdular. Bu isə həm mənzili satan, həm də alan vətəndaşın hüquqlarının pozulmasına səbəb olurdu.

Bundan başqa banklar öz yaxın adamlarına ipoteka verən zaman qiymətləndirmə şirkətləri vasitəsilə evin qiymətini süni olaraq şişirdərək ipoteka məbləğinin bir hissəsini başqa istiqamətə yönləndirirdilər. Ancaq İpoteka ilə bağlı yeni yaradılan qurumun əsasnaməsində nəzərdə tutulan zonalar üzrə minimumların tətbiqi  nəticəsində banklara yaxın qiymətləndirmə şirkətləri artıq onlara kömək edə bilməyəcək.

Qiymətləndirmə şirkətləri yeniliyin əmlak bazarında canlanma yaradacağını düşünür və hər şirkətin burda öz yerini tutması üçün şəffaflığa üstünlük verməsini vacib hesab edirlər.

Yeni tənzimləmədən sonra vətəndaşlar bankların yönləndirdiyi yox, istədikləri qiymətləndirmə şirkətinin xidmətlərindən istifadə edə biləcəklər.Bu isə qiymətləndirmə zamanı vətəndaşların hüquqlarının müdafiəsini təmin edəcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/382017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR