Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Korrupsiyaçı məmurlar cəzalandırılır - VİDEO

Korrupsiyaçı məmurlar cəzalandırılır - VİDEO

Date: 12 November 2015 21:17

Azərbaycanda qanunun aliliyinə hörmətsizlik edən, vətəndaşların hüquqlarını pozan, dövlət siyasətinə əngəl törədən qüvvələrə qarşı kəskin mübarizə davam edir. Milli təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan araşdırmalar və həbslər, o cümlədən nazirlərin vəzifədən azad edilməsi bunu bir daha təsdiqləyir.

Milli.Az "Xəzər xəbər"ə istinadən bildirir ki, əslində Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsini Prezident İlham Əliyevin bir neçə gün əvvəl verdiyi bu bgəyanatın əməli ifadəsi kimi qiymətləndirmək olar. Bu, dövlət başçısının korrupsiya ilə mübarizədə nə qədər qətiyyətli olduğunu, xüsusi ilə də özəl sektora sahibkarlara göstərdiyi dəstəyin nümunəsidir.

Hüquq mühafizə orqanlarının apardığı araşdırmalar zamanı məlum olub ki, Milli təhlükəsizlik nazirliyinin sabiq rəhbərliyi  səlahiyyətlərindən sui-istifadə edib, vətəndaşlara xüsusi ilə sahibkarlara təzyiqlər göstərib, soyğunçuluqla məşğul olub. Onların bu əməlləri törətməsində isə Rabitə və Yüksək Texnologiya nazirliyinin xüsusi dırnağarası xidmətləri olub. Daha dəqiq desək zəif və qorxaq xarakterli nazir Əli Abbasov Milli Təhlükəsizlik Nazirliyinin korrupsiyaya bulaşmış generallarının əmrilərini yerinə yetirməklə rəhbərlik etdiyi qurumun texniki imkanlarından bu hüquqa zidd əmllərdə geniş istifadə edib.

Prezident dəfələrlə açıq bəyan etmişdi ki, ölkədə sağlam biznes və investisiya mühitinin yaradılmasına mane olmaq dövlətin siyasətinə  xəyanətdir. Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi və onların əlaltısına çevrilmiş Rabitə və Yüksək Texnologiya Nazirliyinin rəhbərliyinin əməlləri də məhz bu cür qiymətləndirilməlidir. Hüquq mühafizə orqanlarının apardığı araşdırmalar da artıq bunu təsdiq edir. Belə ki, korrupsiya hallarına yol verdiyi, vəzifə səlahiyyətlərindən suistifadə etdiyinə görə artıq Rabitə və Yüksək Texnologiyalar nazirliyinin 10 dan artıq yüksək vəzifəli şəxsi həbs edilib.  Onların arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var. 

Bütün bunlar bir daha göstərir ki Azərbaycanda  qanunun aliliyini təmin etmək üçün ən yüksək səviyyədə siyasi iradə və qətiyyət mövcuddur. Qanuna əməl etməyənlərin aqibəti isə Eldar Mahmudov və Əli Abbasovdan fərqli olmayacaq.
Milli.Az


Tags:  Korrupsiyaçı məmurlar cəzalandırılır VİDEO


RƏYLƏR


Top news