Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qaçqınların düşərgəsində etiraz aksiyaları davam edir

Qaçqınların düşərgəsində etiraz aksiyaları davam edir

Date: 12 November 2015 21:18


Praqa, 12 noyabr, AZƏRTAC
Praqanın şimali-qərbindən 100 kilometr məsafədə yerləşən Draqonitse kəndində qeyri-leqal miqrantların yaşadıqları müvəqqəti sığınacaqda günortadan sonra vəziyyət gərginləşib. Xatırladaq ki, 40-dan çox miqrant noyabrın 10-dan etibarən aclıq elan edib. Yeməkdən imtina onların öz ölkələrinə qaytarılması qorxusu ilə bağlıdır. Qaçqınlar düşərgəsinin işçiləri bildiriblər ki, aclıq edən üç miqrant özünə xəsarət yetirib. İki nəfər əlini kəsib. Üçüncü qaçqın isə mühafizəçiyə hücum edib. Polisin əcnəbilərin işləri üzrə mətbuat katibi Katrejina Rendlovanın sözlərinə görə, mümkün deportasiya ilə bağlı bu cür etiraz aksiyaları nadir hal deyil.
Pərvanə Qarayeva
AZƏRTAC-ım xüsusi müxbiri
Praqa

Tags:  Qaçqınların düşərgəsində etiraz aksiyaları davam edir


RƏYLƏR


Top news