Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Slovakiya əcnəbilərin yaşama qaydalarını sərtləşdirir

Slovakiya əcnəbilərin yaşama qaydalarını sərtləşdirir

Date: 12 November 2015 21:23


Praqa, 12 noyabr, AZƏRTAC
Qəsdən cinayət törədən və məhkəmənin hökmü ilə üç ildən artıq həbs cəzasına məhkum edilən, habelə cinayəti təkrar törədən əcnəbilər Slovakiyada yaşamaq hüquqlardan məhrum ediləcəklər.
Qaçqınlar düşərgələrində olan miqrantlar onlara verilən sığınacaqdan imtina etdikləri halda ölkədən
çıxmaları üçün pul alacaqlar. Ölkənin parlamenti əcnəbilərin qalması haqqında yeni qanunu təsdiq etdikdən sonra müvafiq qərarları qəbul edib. Qanunun qüvvəyə minməsi üçün onu ölkənin prezidenti imzalamalıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Tags:  Slovakiya əcnəbilərin yaşama qaydalarını sərtləşdirir


RƏYLƏR


Top news