Bu dayanacaqlarda Wi-Fi olacaq

Bu dayanacaqlarda Wi-Fi olacaq
21:51 12 Noyabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Bakı sakinləri bundan sonra dayanacaqlarda Wi-Fi-dan istifadə edə biləcəklər.

Axşam.az-ın ATV.az-a istinadən məlumatına görə, paytaxtın bir çox avtobus dayanacaqlarında Wi-Fi modemləri quraşdırılıb. Bakılılar və şəhərin qonaqları artıq aksiyadan yararlanaraq, bu ictimai nəqliyyat dayanacaqlarında öz elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola biləcəklər.

Bundan sonra avtobus gözləyərkən keçirdiyiniz darıxdırıcı vaxtı daha səmərəli istifadə edəcək və zamanın necə keçdiyinin fərqinə varmayacaqsınız.

Belə ki, artıq Azərbaycan prospekti , Təbriz küçəsi, Haqverdiyev küçəsi, Azadlıq prospekti, Səməd Vurğun küçəsi, Şərifzadə küçəsi, Atatürk prospekti, Parlament prospekti, Zivər bəy Əhmədbəyov küçəsi, Məmməd Araz küçəsində yerləşən dayanacaqlarda pulsuz internetdən istifadə edə bilərsiz.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR