2016-cı il paxlalı bitkilərə həsr ediləcək

2016-cı il paxlalı bitkilərə həsr ediləcək
21:58 12 Noyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Paxlalı bitkilər, o cümlədən qurudulmuş paxla və noxudun bütün növləri zülalın, vitaminlərin və mikroelementlərin ucuz və əlçatan mənbəyidir. Bu bitkilər inkişaf etməkdə olan ölkələrdə ərzaq probleminin həllinə xüsusi kömək edəcək.
AZƏRTAC BMT-nin Radiosuna istinadla xəbər verir ki, belə nəticələrə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisləri gəliblər. Onlar qərara alıblar ki, 2016-cı ili paxlalı bitkilərin beynəlxalq ili elan etsinlər. FAO-nun baş direktoru Joze Qratsianu da Silva bu qərarın şərəfinə dibçəyə at paxlasının bir neçə dənini əkib. O bildirib ki, paxlalı bitkilər əsrlər boyu Afrika, Latın Amerikası və Asiya xalqlarının qida rasionunun bir hissəsi olub, lakin onlara lazımi qiymət verilməyib. Bu bitkilər xüsusilə əhalinin əksəriyyətinin ət və süd məhsullarını ala bilmədiyi regionlarda aclıq və doyunca yeməməklə mübarizədə çox mühüm rol oynayacaq,
FAO-nun ekspertləri xatırladırlar ki, paxlalılar sağlamlıq üçün çox faydalıdır. Onların tərkibində böyük həcmdə sellüloza var. Bu bitkilər qanda xolesterinin səviyyəsini azaldır, şəkərin səviyyəsinə nəzarət edir. Həkimlər paxlalı bitkiləri ürək-damar xəstəlikləri olan adamlara, habelə diabet və piylənmədən əziyyət çəkənlərə məsləhət görürlər.
Paxlalılara quru noxud, göyərçin noxudu, mərcimək və qurudulmuş paxlalıların müxtəlif növləri aiddir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2016_ci_il_paxlali_bitkilere_hesr_edilecek-901571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR