Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Konstitusiya hüquqi dövlət quruculuğunun təminatıdır

Konstitusiya hüquqi dövlət quruculuğunun təminatıdır

Date: 12 November 2015 21:58


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu il ərzində əhalinin hüquqi maarifləndirilməsi məqsədilə AMEA-nın tanınmış alimləri və tədqiqatçılarının, ali məktəb müəllimləri və təcrübəli hüquqşünasların ölkənin müxtəlif bölgələrində 30-dan çox mühazirə və təlimlərini təşkil edib.
Bilik Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə ilk Milli Konstitusiyamızın 20 illiyinə və Dövlət Bayrağı Gününə həsr olunan “Dövlət suverenliyinin əsas atributları” mövzusunda elmi-praktik konfransda Fondun aparat rəhbəri, professor İsaxan Vəliyev dövlətçilik ənənələrindən, suverenliyin əsas atributlarından, həmçinin vətəndaşların Konstitusiya hüquqlarından danışıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə Bakıda və regionlarda digər bir sıra tədbirlər keçirilib.

Bilik Fondunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetində, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində, Sumqayıt Dövlət Universitetində də tədbirlər keçirilib, mövzuya dair məruzələr dinlənilib.
Bilik Fondu əhalinin hüquqi maarifləndirilməsini davam etdirir.

Tags:  Konstitusiya hüquqi dövlət quruculuğunun təminatıdır


RƏYLƏR


Top news