Millimiz Türkiyəyə də uduzdu (CƏDVƏL)

Millimiz Türkiyəyə də uduzdu (CƏDVƏL)
22:36 12 Noyabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 19 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin ikinci turuna start verilib.

ANS PRESS-in məlumatına görə, millimizin yer aldığı 5-ci qrupda iki oyun keçirilib.

Birinci qarşılaşma ilk turda Türkiyəni məğlub edən Bosniya və Herseqovina millisi ilə yığmamızı məglub edən Ukrayna milliləri arasında baş tutub. Ukraynalılar rəqibini 3:1 məğlub edərək ilk pillədə yerini qoruyub. İlk oyununda Ukraynaya 0:4 hesabı ilə uduzan millimiz qrupun ikinci matçında da meydanı məğlub tərk edib.


Azərbaycan millisi

Bu dəfə millimiz Türkiyəli yaşıdlarına 1:0 məğlub olaraq növbəti mərhələ şanslarının üstündən xətt çəkib. Millimizin bu görüşdə xal qazanmağ imkanı geniş olub. 41-ci dəqiqədə hakim rəqib komandadan Alican Özfeslini meydandan qovub və türklərin qapısına penalti təyin edib. Lakin topa yaхınlaşan Roman Hüseynovun zərbəsi dəqiq olmayıb. Əvəzində Türkiyə 57-ci dəqiqədə Abdullah Balıkçının qolu ilə hesabı açıb. 90+4-cü dəqiqədə yığmamızdan Elnur Cəfərov ikinci sarı vərəqəni alaraq meydanı tərk edib.

AVRO-2017
Seçmə mərhələ
5-ci qrup

12 noyabr
Bosniya və Herseqovina - Ukrayna 1:3
Qollar: Amir Haciahmetoviç, 10 - Aleksiy Qutsuliak, 45; 83. Aleksey Şkebetun, 64.

Türkiyə - Azərbaycan 1:0
Qol: Abdullah Balıkçı, 57.
Qırmızı vərəqələr: Alican Özfesli, 41 - Elnur Cəfərov, 90+4.


Turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR