​Suriya qoşunu Əl-Hader şəhərini terrorçulardan azad edib

​Suriya qoşunu Əl-Hader şəhərini terrorçulardan azad edib
22:47 12 Noyabr 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətində hökumət qoşunları terrorçuları məğlubiyyətə uğradaraq Əl-Hader şəhərinə nəzarəti ələ keçirib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunadək şəhər "Cəbhat ən-Nüsra" və digər ekstremist qruplaşmaların nəzarəti altında olub.
Bəzi məlumatlara görə, hücum zamanı Suriya qoşunlarına Livanın "Hizbullah" hərəkatının döyüşçüləri köməklik göstərib.
İndi hərbçilərin qarşısında Dəməşq-Hələb yolunun terrorçuların nəzarəti altında olan bir hissəsini azad etmək vəzifəsi durur. Yolun böyük hissəsi artıq hökumət qoşunlarının nəzarətinə keçib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/suriya-qosunu-el-hader-seherini-terrorculardan-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR