Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polşa hökuməti istefaya getdi

Polşa hökuməti istefaya getdi

Date: 12 November 2015 22:54

Polşa hökuməti baş nazir Yeva Kopaç daxil olmaqla istefa verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qərar baş nazirin rəhbəri olduğu “Vətəndaş platforması” partiyasının 25 oktyabr tarixli parlament seçkilərində məğlubiyyətindən sonra verilib.     

 

Qeyd edək ki, Polşa prezidenti Andjey Duda məsələ ilə əlaqədar baş nazir Yeva Kopaç ilə görüşüb və rəsmi olaraq onun  istefasını qəbul edib.  

 

Qeyd edək ki, Yaroslav Kaçinskinin lideri olduğu “Qanun və Ədalət” partiyası Polşa parlamentində mandatların əksəriyyətinə sahib çıxıb. Seçkilərin rəsmi yekunlarına əsasən, partiya parlamentdə 235 yer təmin edəcək 37,6 faiz səs toplayıb.  

 

“Vətəndaş platforması” partiyası isə 138  yer təmin edəcək 24,1 faiz səs toplaya bilib.

 


Tags:  Polşa hökuməti istefaya getdi

RƏYLƏR


Top news