Əkiz qardaşlar əkiz bacılarla evləndilər - FOTO

Əkiz qardaşlar əkiz bacılarla evləndilər - FOTO
23:17 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Hindistanda əkiz qardaşlar əkiz bacılarla evləniblər. 

Milli.Az modern.az-a istinadən bildirir ki, toy mərasimini də əkiz keşişlər keçiriblər.  Yeni ailə quranlara pajlar-ekizlər kömək ediblər, əkiz bacı olan qızlar isə sevgililərin qarşısına gül-çiçək səpiblər.

Toy Kerala ştatındakı Müqəddəs Frantsisk Ksaveriya kilsəsində təşkil edilib. 32 yaşlı bəylər Dilarac və Dinker Varikkasseridirlər. Onların sevgililəri Rima və Rina adlı qızlardır. Qardaşlar IT sahəsində çalışırlar. Onlar əkiz bacılarla evlənmək qərarına gələndə yerli qəzetdə və evlilik üçün nəzərdə tutulan tanışlıq saytlarında elan veriblər, nəticədə çox sayda cavab alıblar. Onlayn portallardan birində qardaşlar gələcək sevgililəri ilə tanış olublar. Rima və Rina əkizlərə ərə getmək arzusunda olublar.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/382043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR