"Azərbaycan hücum etsəydi, bəlkə də, məğlub olardıq"

"Azərbaycan hücum etsəydi, bəlkə də, məğlub olardıq"
23:27 12 Noyabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Bizim üçün çətin oyun keçdi. Azlıqda qalmağımıza baxmayaraq, qələbə qazandıq. Azlıqda qaldığımız zaman topa sahib olmağa çalışdıq. Bəlkə də Azərbaycan üstümüzə gəlsə idi, məğlub olardıq. Artıq qarşıdakı oyuna baxacağıq". Fanat.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının baş məşqçisi Vedat İnceefe deyib.


19 yaşadək futbolçular arasında Avro-2016-nın seçmə mərhələsində Azərbaycanla qarşılaşan və qələbə qazanan millinin baş məşqçisi bunları bildirib: "Azərbaycan qardaş ölkədir. İstərdim ki, Azərbaycanla elit raundda birgə mübarizə aparaq, amma təəssüf ki, bu mümkün olmadı. Hər oyunda qırmızı vərəqə alırıq. Amma bunun intizamsızlıqla əlaqəsi yoxdur. Çünki "qırmızı" alanlar geridə qalan sonuncu oyunçularımızdır. Bizim üçün çətin oyun keçdi".


Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu 1:0 hesabı ilə yekunlaşıb.("Report")


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-hucum-etsydi-blk-d-mlub-olardqquot-t45417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR