Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qarlı ərazidən 500 metr aşağı yıxıldı, amma... (VİDEO)

Qarlı ərazidən 500 metr aşağı yıxıldı, amma... (VİDEO)

Date: 12 November 2015 23:28

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Dünyanın ən yaxşı dağ xizəkçilərindən biri Yan Makintoş dağ silsiləsində nəzarəti itirib və yıxılıb.

Trend "National Geographic" jurnalına istinadən məlumat verir ki, idmançı qarlı ərazidə təxminən 1 dəqiqə ərzində 500 metr aşağı diyirlənib.

Ekstremalın sağ qalmasına təhlükəsizlik yastığını vaxtında açması da səbəb olub. Təhlükə sovuşandan dərhal sonra yarımcan Yan deyib: "Mən yaxşıyam".

Özünə gələn idmançı mətbuata açıqlamasında bildirib: "Elə bilirdim ki, bu heç vaxt bitməyəcək. Həmişə bu idmanla məşğul olmaq istəmişəm, buna görə bir çox yuxusuz gecələrim olub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Qarlı ərazidən 500 metr aşağı yıxıldı VİDEO

RƏYLƏR


Top news