İbrahimoviçdən gözlənilməz açıqlama

İbrahimoviçdən gözlənilməz açıqlama
23:32 12 Noyabr 2015
92 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın PSJ klubunun məşhur hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə çoxlarını heyrətə salan qalmaqallı açıqlama ilə yadda qalıb. 

Milli.Azt anspress-ə istinadən bildirir ki, İbrahimoviç "Gazetta dello Sport" nəşrinə verdiyi müsahibəsində "Milan"ı dünyanın ən yaxşı futbol klubu adlandırıb. 

"AVRO-2016"nın "pley-off" mərhələsində Danimarkanı sınağa çəkəcək İsveç millisinin ulduzu bu dəfə iki ölkəni şoka salan açıqlaması ilə diqqəti çəkib.

Zlatanın sözlərinə görə, "Milan" onun karyerası boyunca oynadığı ən yaxşı komandadır.

"Milan" üçün həqiqətən də çox darıxıram. Mən bunu açıq şəkildə etiraf edirəm. Mən yenidən "Milan"da çıxış etməkdən çox məmnun olardım. Amma karyeramı Şimali Amerikada da başa vura biləcəyimi istisna etmirəm. Çünki əksər məşhur futbolçular da kareyralarını orada başa vurublar. Mən də onların yolu ilə gedəcəyimi düşünürəm. Bütün hallarda harada oynamağımdan və oynayacağımdan asılı olmayaraq "Milan" üçün həmişə darıxacağam",- deyə o bildirib.
İbrahimoviç İsveç və Fransanın onun sayəsində dünya xəritəsində özünə yer etdiyini bildirib: "İsveç və Fransa dünyada mənim sayəmdə özünə ad qazanıb, dünya xəritəsində mənim sayəmdə özlərinə yer ediblər".

Bu mövsüm PSJ-nin heyətində keçirdiyi 13 oyunda 9 qol vurduğunu və 6 məhsuldar ötürmə verdiyini deyən Zlatan "Göstərdiyim oyun ötən illərdəkindən daha yaxşıdı. Yaşlı olduğum zaman belə oynayıram, görün gənc olsaydım neynəyərdim".

İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999-2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001-2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub.

"Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ilə "İnter"dən ayrılaraq İspaniyanın nəhəng klublarından olan "Barselona"ya keçib.

2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/382045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR