2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 noyabr 2015-ci il tarixli 152 saylı müraciətə baxılması barədəAzərba

23:43 12 Noyabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mənsurov Rəşid Mirəjdər oğlu 9 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədlər arasında seçkiqabağı təşviqat imkanlarının qeyri-bərabər yaradılmasını, səsvermə günü bəzi seçki məntəqələrində qanun pozuntularının olduğunu, bununla bağlı dairə seçki komissiyasına etdiyi müraciətə düzgün baxılmadığını iddia etmiş, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 18/68 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
R.M.Mənsurov şikayətini onunla əsaslandırmışdır ki, seçkiqabağı təşviqatının aparılması üçün ona şərait yaradılmayıb, bununla da namizəd kimi hüququ pozulmuş, onun maraqlarını təmsil edən müşahidəçilər səsvermə günü 22 saylı Nəsimi ikinci seçki dairəsinin 4, 6, 7, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 24, 25, 27 və 28 saylı seçki məntəqələrində seçicilərin barmaqlarının ultrabənövşəyi lampalarla yoxlanılmamasını, xüsusi mürəkkəblə işarələnməməsini, bütövlükdə məntəqə seçki komissiyası üzvlərinin bu müşahidə prosesinə qanunsuz olaraq maneçilik törətdikləri üçün səsvermə prosesini müşahidə edə bilmədiklərini, seçici siyahısında adları olmayan şəxslərin səsvermədə iştirakı hallarını aşkar etdiklərini, eyni şəxslərin seçki məntəqəsində bir neçə dəfə səs verdiklərini, bir şəxsin digərinin əvəzinə səs verdiyini, şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə seçki bülleteni verildiyini, bəzi məntəqə seçki komissiyalarının sədrləri tərəfindən bülletenlərin künclərinin topa halında kəsildiyini, normal müşahidənin aparılmasının qeyri-mümkün olduğunu, səslərin hesablanması zamanı aşkarlıq prinsipinə riayət olunması qaydalarının kobud şəkildə pozulduğunu, protokolların surətlərinin onlara verilməməsini və s. müşahidə edərək aktlar tərtib etmişlər.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, onun tərəfindən əlavə olaraq səsvermə günü tərtib edilmiş aktların əsilləri və 1 ədəd videodisk təqdim edilmişdir. Namizədin Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün tam və bərabər imkanlar yaradılmış, seçki dairəsi üzrə qeydə alınmış namizədlər müxtəlif vaxtlarda sərbəst görüşlər keçirmişlər. Bu hal qeydə alınmış namizədlər Hacıyev Rahib Səfəralı oğlu və Həsənov Vüsal Şükür oğlunun izahatları ilə də öz təsdiqini tapmışdır.
Müəyyən edilmişdir ki, səsvermə günü şikayətçi R.M.Mənsurov və digər şəxslər tərəfindən hər hansı qanun pozuntusu ilə bağlı dairə seçki komissiyasına heç bir müraciət daxil olmamışdır.
Şikayətçinin 19 seçki məntəqəsi üzrə iddia etdiyi qanun pozuntularının araşdırılması nəticəsində aşağıdakılar müəyyən edilmişdir.
Belə ki, 4 saylı seçki məntəqəsində müşahidəçi olmuş S.S.Abbasov, Ü.Z.Osmanova, V.M.Mirzəyev, S.A.Quliyev, məntəqə seçki komissiyasının sədri Z.L.Nəbiyeva və komissiyanın üzvü T.H.İbrahimova, 6 saylı seçki məntəqəsində müşahidə aparmış Z.Şıxnəbiyeva, S.Dadaşova, L.Zeynalova, məntəqə seçki komissiyasının üzvləri S.S.Ağayeva və M.Ə.Heydərova, 7 saylı seçki məntəqəsində müşahidə aparmış T.Zamanlı, E.Abdurahmanov, M.Abbasova, məntəqə seçki komissiyasının sədri O.İ.Hüseynova və komissiyanın üzvü Z.V.Sərdarov, 8 saylı seçki məntəqəsində müşahidəçi olmuş A.Ə.Quliyev, T.Ə.Akçay, məntəqə seçki komissiyasının katibi G.Y.Kərimova və komissiyanın üzvü N.Q.Ağalarov, 9 saylı seçki məntəqəsində müşahidə aparmış İ.Meybullayev, İ.K.Həsənova, məntəqə seçki komissiyasının sədri S.Y.Məhərrəmov, komissiya üzvü A.B.Abdullayeva, 11 saylı seçki məntəqəsində müşahidə aparmış B.M.Hacıyeva, H.M.Osmanov, T.İ.Əhmədova, N.M.Çəltikov, məntəqə seçki komissiyasının sədri M.Ə.Çəltikov və komissiyanın üzvü V.H.Hüseynov, 13 saylı seçki məntəqəsində müşahidəçi olmuş K.K.Bədəlova, E.H.Kərimli, N.T.Bayramov, məntəqə seçki komissiyasının sədri S.Ə.Məmmədova və komissiyanın üzvü İ.R.Məmmədov, 14 saylı seçki məntəqəsində müşahidəçi olmuş H.R.Əfəndiyev, G.M.Əliyeva, N.C.Xəlilov, məntəqə seçki komissiyasının sədri F.Zeynalova, komissiyanın üzvləri P.F.Məmmədov və R.F.Qasımova, 15 saylı seçki məntəqəsində müşahidəçi olmuş A.N.İmanov, B.M.Hacıyeva, İ.M.Həsənov, məntəqə seçki komissiyasının sədri İ.İ.Zeynalova, komissiyanın katibi E.H.Rəsulzadə, 16 saylı seçki məntəqəsində müşahidəçi olmuş M.M.Həsənli, X.H.Kərimov, S.İ.Ələkbərova, məntəqə seçki komissiyasının sədri S.N.Namazova, komissiya üzvü F.Ə.Nurəddinova, 17 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü M.Ə.Əliyev, müşahidəçi B.H.Bağırova, məntəqə seçki komissiyasının sədri Q.O.İbrahimov və katibi Z.Q.Kərimova, 18 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü Ə.N.Məmmədov, müşahidəçi N.B.Əsgərova, məntəqə seçki komissiyasının sədri M.T.Qasımov, komissiya üzvü L.M.Quliyeva, 19 saylı seçki məntəqəsində müşahidə aparmış Z.N.Qurbanova, Q.M.Hüseynov, məntəqə seçki komissiyasının sədri K.H.Tanrıverdiyeva, komissiya üzvü R.X.Məmmədova, 20 saylı seçki məntəqəsində müşahidə aparmış A.N.Qurbanova, Ş.H.Heydərova, Q.Ə.İbrahimxəlilova, məntəqə seçki komissiyasının sədri N.Ə.Əhmədov və komissiyanın üzvü S.T.Cəfərova, 22 saylı seçki məntəqəsində müşahidə aparmış S.Rəfiyev, V.Kərimov, A.Bağırova, məntəqə seçki komissiyasının katibi S.Ş.Cəfərova və komissiya üzvü M.M.Vəliyev, 24 saylı seçki məntəqəsində müşahidəçi olmuş T.B.Bağırova, N.Ə.Qasımov, A.M.Əsgərov, məntəqə seçki komissiyasının sədri K.Ə.Qədirova və komissiyanın katibi İ.R.İsmayılzadə, 25 saylı seçki məntəqəsində müşahidə aparmış Y.B.Mehdiyeva, H.V.Bəşirova, R.A.Abbasov, məntəqə komissiyasının sədri G.Ş.Bayramlı və komissiya üzvü G.N.Axundova, 27 saylı seçki məntəqəsində müşahidə aparmış Ş.Abbaslı, B.Bədəlova, S.Yusifova, məntəqə seçki komissiyasının sədri S.Ə.Hümmətova və komissiya üzvü A.A.Nuriyev, 28 saylı seçki məntəqəsində müşahidə aparmış Z.F.Nəcəfov, T.Ş.Xudurov, məntəqə seçki komissiyasının sədri S.Ə.Nəbiyev, komissiya üzvləri M.N.Nağıyev və B.M.Səfərov tərtib etdikləri akt və izahatları ilə səsvermə və səslərin sayılması prosesinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirildiyini, bu zaman ciddi qanun pozuntularına yol verilmədiyini, müşahidə prosesinə müdaxilə hallarının olmadığını, nə onlara, nə də digər müşahidəçilərə qarşı məntəqə seçki komissiyasının sədri və ya üzvləri tərəfindən heç bir qanunsuz təzyiqlərə yol verilmədiyini, protokolların surətlərini onu almaq hüququ olan şəxslərə verildiyini, ümumiyyətlə, səsvermə günü seçki məntəqəsində hər hansı bir qanun pozuntusunun olmadığını bildirmişlər. Həmin izahat və aktlarda namizəd R.M.Mənsurov tərəfindən təyin edilmiş müşahidəçilər və məşvərətçi səs hüquqlu üzvlər tərəfindən müvafiq məntəqə seçki komissiyalarının normal iş prosesinə mane olmağa cəhd barədə halların olması da qeyd edilmişdir.
Müraciətə əlavə edilmiş videodisk müvafiq qaydada təqdim edilmədiyindən sübut kimi qiymətləndirilə bilməz.
Araşdırma prosesində o da məlum olmuşdur ki, namizəd R.M.Mənsurov 4 noyabr 2015-ci ildə səsvermə günü baş verdiyi güman edilən qanun pozuntuları ilə əlaqədar dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə müraciətə baxmış və əsaslandırılmış qərar qəbul etmişdir.
Qeyd edilənlər əsas götürülərək, ərizəçinin müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 18/68 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd Mənsurov Rəşid Mirəjdər oğlunun 9 noyabr 2015-ci il tarixli 152 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsinin dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 18/68 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
 
Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaşar Nurinin qızı müğənniliyə başladı? – “Səhnə üçün ölürəm”

24 Avqust 2017 10:59

ABŞ nüvə döyüş başlığı daşıyan yeni qanadlı raket yaradacaq

24 Avqust 2017 10:57

Qəhrəmanların qarşılanması - Fotoların dili ilə

24 Avqust 2017 10:57

VİDEO: Qənirə Paşayeva səhnədə mahnı oxudu

24 Avqust 2017 10:55

İlham Əliyev yeni “Tufan” gəmisinin təməlini qoydu

24 Avqust 2017 10:53

Astan Şahverdiyev: "Qarabağ FK"-nın qələbəsi məni maraqlandırmır"

24 Avqust 2017 10:53

Azərbaycan Prezidenti yeni inşa edilən “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:52

Türkiyədə sərnişin avtobusu körpüyə çarpılıb, 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb

24 Avqust 2017 10:52

Magistr və doktorantlar tələbə krediti ala biləcək - YENİLİKLƏR

24 Avqust 2017 10:49

İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:49

Rövnəq Abdullayev: “Bu, böyük tarixin ilk sətirləridir”

24 Avqust 2017 10:47

Məşhurların “Qarabağ” sevinci - FOTO/VİDEO

24 Avqust 2017 10:43

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİD

24 Avqust 2017 10:43

Bakıdakı toz dumanı nə vaxt çəkiləcək? - RƏSMİ AÇIQLAMA

24 Avqust 2017 10:39

Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq

24 Avqust 2017 10:37

Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub

24 Avqust 2017 10:37

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

24 Avqust 2017 10:37

Fasilədə Qurban Qurbanov dedi ki..." - Rəşad Sadıqov

24 Avqust 2017 10:37

“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

24 Avqust 2017 10:35

Azərbaycanı şoka salan xəbər gəldi...

24 Avqust 2017 10:34

FÖVQƏLADƏ QEYRİ-ADİLİK! Heyrətə gələcəksiniz!

24 Avqust 2017 10:33

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

24 Avqust 2017 10:32

Nazirlik: Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək

24 Avqust 2017 10:32

“Oba köçdü” gülünün kədəri

24 Avqust 2017 10:24

Bu rəqsi etdiyinə görə onu həbs etdilər

24 Avqust 2017 10:24

ƏMDK: Müvafiq rəyi olmadan torpaqlar icarəyə və istifadəyə verilə bilməz

24 Avqust 2017 10:22

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (24.08.2017)

24 Avqust 2017 10:22

“İçerde” serialının qəhrəmanlarından GÖZLƏNİLMƏZ ADDIM - FOTO

24 Avqust 2017 10:18

Kılıçdaroğlu: " Biz qarderob Atatürkçüsü deyilik!" - VİDEO

24 Avqust 2017 10:18

“Para” BOKT kütləvi istiqraz emissiyası da planlaşdırır

24 Avqust 2017 10:17

Qaynadılmış qarğıdalının faydaları

24 Avqust 2017 10:17

Onlar "Qarabağın qələbəsini belə bayram etdilər...

24 Avqust 2017 10:14

Bakıda "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək

24 Avqust 2017 10:12

Abşeron rayonunda körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb

24 Avqust 2017 10:12

Leyla Əliyevadan "Qarabağ"a TƏBRİK

24 Avqust 2017 10:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı

24 Avqust 2017 10:06

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək

24 Avqust 2017 10:02

"Qarabağ"ın vurduğu TARİXİ QOL

24 Avqust 2017 09:57

57 yaşlı müğənni özünü 6 yaş cavanlaşdırdı - FOTO

24 Avqust 2017 09:53

Proqnozlar Bürosu: Avqustun 27-dək Azərbaycanda arabir güclənən şimal küləyi əsəcək

24 Avqust 2017 09:52

Azərbaycan nefti bahalaşıb

24 Avqust 2017 09:52

"Qarabağ" Bakıya qayıtdı - AEROPORTDAN GÖRÜNTÜLƏR

24 Avqust 2017 09:49

VALYUTA MƏZƏNNƏLƏRİ

24 Avqust 2017 09:48

Xarici valyutaların manata qarşı məzənnələri

24 Avqust 2017 09:47

Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 09:42

Tarixdə bu gün

24 Avqust 2017 09:40

"Qarabağ"ın rəqibləri bəlli olur - BÖYÜK ANA AZ QALDI

24 Avqust 2017 09:39

"Qarabağ" komandası Azərbaycana qayıdıb

24 Avqust 2017 09:37

PÜŞKATMA: "Qarabağ"ın rəqibləri bu axşam bilinəcək:

24 Avqust 2017 09:37

"Qarabağ" səhər saatlarında Bakıya qayıtdı

24 Avqust 2017 09:35