Millimiz Türkiyəyə də uduzdu

Millimiz Türkiyəyə də uduzdu
23:49 12 Noyabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 19 yaşadək futbolçular arasında AVRO-2016-nın seçmə mərhələsinin V qrupunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutan qrup matçları çərçivəsində 2 qarşılaşma baş tutub.

 

Günün ilk oyununda liderlər qarşılaşıb. İlk turda qalib gələn Bosniya və Herseqovina ilə Ukrayna Bayıl stadionunda üz-üzə gəlib. Ötən tur millimizə qalib gələn ukraynalılar bu dəfə də Bosniya və Hersoqovina yığmasını məğlub edib və növbəti mərhələyə doğru böyük bir addım atıb.

 

Autsayderlərin duelində isə Azərbaycan və Türkiyə görüşüb. Millimiz bu matçdan da məğlub ayrılıb. Qardaş ölkə ilə matça yaxşı başlayan yığmamız ilk hissədə bir neçə şansdan istifadə edə bilməyib. İkinci hissədə rəqibin azlıqda qalmasından yararlanmağa çalışan Nazim Süleymanovun yetirmələri hücumlarını artırsa da, qapısında qol görən tərəf olub.

 

Oyunun sonlarında isə "Xəzər Lənkəran"ın üzvü Elnur Cəfərov ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılıb.

 

AVRO-2016-nın seçmə mərhələsi

V qrup

II tur

 

12 noyabr

 

Bosniya və Herseqovina – Ukrayna - 1:3

 

Qollar: Amir Hadziahmetoviç, 10 - Aleksey Qutsulyak, 45, 83, Aleksey Şkebedun, 64

Baş hakim: Tore Hansen (Norveç)

Bayıl stadionu

 

Türkiyə - Azərbaycan - 1:0

 

Qol: Abdullah, 57

Qırmızı vərəqələr: Alican Özfesli, 41 (Türkiyə) - Elnur Cəfərov (Azərbaycan)

Baş hakim: Eyko Saar (Estoniya)

 

Bayıl stadionu

 

 

Turnir cədvəli

 

1.

Ukrayna

2

2

0

0

7:1

6

2.

Bosniya və Hersoqovina

2

1

0

1

3:4

3

3.

Türkiyə

2

1

0

1

2:2

3

4.

Azərbaycan

2

0

0

2

0:5

0

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR