Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yağları əridən yaşıl tərəvəzlər - FAYDALARI

Yağları əridən yaşıl tərəvəzlər - FAYDALARI

Date: 12 November 2015 23:52

Bədəndə yığılan yağlardan xilas olmaq və sağlam bir orqanizm əldə etmək üçün süfrələrinizdən yaşıl qidaları əskik etməyin. Milli.Az lent.az-a istinadən faydalı yaşıl bitkilər haqqında bilmədiyiniz məlumatları təqdim edir.

Yaşıl lobya: Dəri və göz sağlamlığı baxımından faydalı qidadır. Yaşıl lobya xüsusən A vitamini baxımından zəngindir. Tərkibindəki antioksidanlar sayəsində bədəndə olan sərbəst radikalların zərərli təsirlərini məhv edir, yaşlanmağı gecikdirir və immunitet sistemini gücləndirir.

Yaşıl noxud: Protein, lif və nişasta baxımından zəngin olan tərəvəzdir. A, C və B vitaminləri ilə yanaşı, tərkibində dəmir, potasium və fosfor kimi mineralları var. Yaşıl noxudla bir çox yemək növləri, salatlar və şorbalar hazırlamaq mümkündür.

Paxla: Zülal və vitaminlər baxımından son dərəcə zəngin olan paxla dənələri təzə yetişən zaman yaşıl olur, quruduqdan sonra isə rəngi tündləşir. Quru paxla təzə paxlaya nisbətən daha qidalandırıcıdır. Quru paxlanın 100 qramında təxminən 25 qr zülal, 60 qr karbohidrat var. Bundan başqa, B1, B2, B6 və K vitaminləri ilə yanaşı, potasium və maqnezium mineralları baxımından da çox zəngindir.

İspanaq: Dəmir deposu kimi tanınan ispanaq həm də A, B, C, E vitaminləri, maqnezium, fosfor və yod mineralları, zülal baxımından da çox zəngindir. Buna görə də bədənin müqavimətini artırır, xüsusən də yaz-yay aylarında yaranan xəstəliklərə qarşı bədəni qoruyur. Sümük və dişləri gücləndirir, diş çürümələrinə qarşı qoruyucu təsiri var.  İspanaq salat kimi, qiymə, zeytun yağlı yeməklərdə, hətta tez hazırlanan salat və yeməklərdə istifadə edilə bilər. İspanaq həm də oynaq iltihabı, böyrək daşından şikayət edənlər üçün də məsləhət görülür.  

Təzə lobya: Vitamin, mineral və antioksidan baxımından olduqca zəngin tərəvəz olduğu üçün xüsusən də mövsümündə həftədə 2 dəfə yeyilməlidir. Əsasən gündüz yeməklərində ətli xörəklərlə və zeytun yağında bişirilərək yeyilə bilər. Kalorisi aşağıdır, yağ baxımından kasad tərəvəzdir. Lakin lif quruluşlu olması digər qidaların həzminə, eləcə də həzm sisteminin daha da rahat işləməsinə kömək edir. Xüsusən də A vitamini baxımından dəyərli tərəvəzdir, dəri və göz sağlamlığı üçün xeyirdir, immunitet sistemini gücləndirir, yaşlanmanı ləngidir.

Pərpətöyün: Vitamin və mineral baxımından olduqca boldur. Tərkibində Omega 3, doymamış yağlar balıqlarda olduğu qədər müqayisə edilə bilər. Qanama xəstəliklərində yararlıdır. Sidik yollarını açır, qan, törə və buna oxşar çirkinlikləri təmizləyir, əsəb gərginliyi və beyin yorğunluğuna yaxşı təsir edir, böyrəklərdəki qum və daşı tökür. Şəkər xəstələrinin susuzluğunu azaldır. Yaşıl salat kimi yeyilə bilər.

Brokoli: A, C, E və digər vitaminlər baxımından, dəmir, potsyum, mis, kalsium mineralları baxınından zəngindir. Salat kimi, qaynadılaraq, yetun yağında bişirilmiş yemək kimi və şorba hazırlanaraq yeyilə bilər. Mükəmməl bir antoksidandır.

Təzə sarımsaq: Mövsüm xəstəliklərində qoruyucu kimi, yüksək təzyiq və xolesterol aşağı salma qabiliyyəti var. Qanı sulandırır, immunitet sistemini gücləndirir. Sarımsağın faydalarını saydıqca bitməz.

Milli.Az


Tags:  Yağları əridən yaşıl tərəvəzlər FAYDALARI

RƏYLƏR


Top news