Obama müharibə bölgələrinə çağırış etdi (VİDEO)

Obama müharibə bölgələrinə çağırış etdi (VİDEO)
00:16 13 Noyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada artan terrorizim fonunda Amerika Birləşmiş Ştatlarında yeni bir qanun qüvvəyə minib. Xarci torpaqlarda dəfn edilən əsgərin dəfn mərasminin çəkilib ictimaliləşdirilməsi qadağan olunub. Səbəb kimi isə həmin əsgərlərin ailələrinin təhlükəsizilyinin təmin edilməsi göstərilir. Amma əsgərlərin dəfn olunduğu məzarlıq bütün dünyaya açıqdı.

Amerika Birləşmiş Ştatları Prezidenti Barak Obama ABŞ vətəndaş müharibəsindən tutmuş, İraq, Əfqanıstana qədər xarici torpaqlarda həlak olanların dəfn olunduğu Arlinqton məzarlığında olub.

ANS TV-nin məlumatına görə, Arlinqton məzarlığı paytaxt Vaşinqtonun sərhədləri daxilində yer alan ərazidir. 1800-cü illərin əvvəlində yaradılan məzarlıqda o gündən bəri, Amerikanın daxildə və xaricdə apardığı müharibələrdə həyatını itirmiş və hətta savaşdan sonra dünyasını dəyişən 300 mindən artıq əsgər uyuyur.

Birləşmiş Ştatlarının prezidenti Barak Obama məzarlıqdan, dünyanın qaynar nöqtələrində olan əsgərlərinə səslənərək dövlətin, hətta öləndən sonra da onları əsla unutmayacağını vəd verdi:

“Harada xidmət etməsindən asılı olmayaraq, istər Avropanın çimərlikləri, və ya Asiyanın cəngəlliklərində, istər Yaxın Şərqin səhralarında, sülh və ya müharibə dövründə xidmət etməsindən asılı olmayaraq, bütün veteranlarımız, vətənpərvərlik zəncirinin ayrılmaz hissəsidir. Qəhrəmanlar nəslinin sonuncu mənzili olan bu müqəddəs torpaqda, vətən uğrunda canını fəda vermiş hər kəsi yad edirik”.

Həqiqətən də amerikalılar vətən üçün döyüşənə qiymət verirlər.

Amerika prezidentinin haqqında fəxarətlə danışdığı memorialın tarixçəsi də çox maraqlıdır. 151 il bundan əvvəl Amerikanın birinci prezidentinin övladlığının şərəfinə salının bu məzarlıqda sonradan ölkənin daxili və xarici müharibələrində şəhid olan 300 mindən artıq əsgər dəfn edilib.

Vaşinqton sakini Viktor Litkaviç Amerika üçün döyüşdüyün deyib: “22 il bu sahədə çalışıb. Bir çox münaqişə bölgələrində olub. Əsasən də Koreya müharibəsinin iştirakçı olub”.

Vaşinqton sakini Kindoçuk İvan isə iki il Vyetnamda döyüşdüyünü və bu müddət ərzində müharibənin dəşhətlərini görüb.

Qeyd edək ki, amerikalılar öz vətənlərindən çox, yadellərdə Amerikanın maraqlar üçün vuruşaraq ölüblər.

Bu gün 118 yaşlı əsgər Korne kimi birnci və ikinci dünya savaşlarının canlı əfsanələri isə Amerikada həqiqətən də qayğı ilə əhatə olunublar.

Prezident Barak Obama da müharibə veteranlarına verilən dəyərin sonsuz olduğunu bir daha nümayiş etdirdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR