Daha bir "Kərbəla müsibəti" - 19 aprel 1802-ci il

Daha bir "Kərbəla müsibəti" - 19 aprel 1802-ci il
00:27 13 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Türbət nədir? (27 İyun 2017 08:32)
Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti AÇIQLANDI (09 İyun 2017 11:08)
Kərbəla, Nəcəf və Məşhəd şəhərlərinə ziyarətlər təşkil olunacaq (08 İyun 2017 13:43)

Bu gün vəhhabilik də adlandırılan radikal təkfirçiliyin bütün tarixi dinc müsəlman əhaliyə divan tutmaqla doludur (qeyd edək ki, bu günkü vəhhabilik adlandırılan cərəyanın heç də hamısı təkfirçilik ideyalarını qətlə gətirib çıxaracaq formada bölüşmür.

Bu ideyalar bu gün əsasən İŞİD kimi cərəyanlarda qalıb). Bu azğın cərəyanın üzvləri 200 ildən artıqdır ki, müsəlmanların canına, əmlakına və namusuna göz dikmişlər. Onlar son 200 ildə yaranmış fürsətdən istifadə edərək, müsəlman məntəqələrinə hücum edir, dinc əhalini qətl edir, xalqın əmlakını hərbi qənimət kimi mənimsəyirlər.

Müqəddəs şəhərlər Kərbəla və Nəcəf də onların hücumuna hədəf olmuşdur.

Təxminən 200 il bundan əvvəl, hicri 1216-ci ildə vəhhabilər Kərbəlaya hücum etdilər. Həmin gün (19 aprel 1802) qəməri təqvimlə zilhiccə ayının 18-i Qədir-Xüm bayramı olduğundan, Kərbəla əhalisinin əksəriyyəti qonşu Nəcəf şəhərinə - İmam Əlinin (ə) qəbrini ziyarət etməyə getmişdi, şəhərdə qadınlar və uşaqlar, köməksiz qocalar qalmışdı. İraq şiələrinin adətincə, Qədir-Xüm günündə kərbəlalılar Nəcəfə gedir, aşura günündə isə əksinə, nəcəflilər Kərbəlaya gəlirdilər. Səud ibn Əbdüləzizin başçılıq etdiyi vəhhabilər: "Kafirləri öldürün! Allaha şərik qoşanları qətl edin!" - şüarı ilə qəfildən şəhərə daxil olub, günahsız müsəlmanları qılıncdan keçirməyə başladılar. Onlar evlərində gizlənmiş adamları rəhmsizliklə öldürür, əmlaklarını qarət edirdilər. Əlacsız qalan kərbəlalılar İmam Hüseynin (ə) məqbərəsinə pənah gətirib məscidə girdilər. Lakin vəhhabilər yenə onlara aman verməyib məscidin içindəcə qətlü-qarəti davam etdirdilər. Vəhhabilər İmam Hüseynin (ə) məzarına hörmətsizlik göstərib, məsciddəki bahalı xalçaları, çilçıraqları, silahları, zinət əşyalarını, xəzinədə saxlanılan ləl-cəvahiratı, nəfis Ouranları, hətta bəzəkli qapı taylarını da daşıyıb apardılar. Talan edilmiş qiymətli əşyalar 200 dəvə yükü qədər idi. Vəhhabilər İmam Hüseynin (ə) qəbrinin sənduqəsini, məscidin minarə və günbəzinin qızıl təbəqələrini də qoparıb aparmaq istəyirdilər, amma bunlar möhkəm olduğu üçün sındıra bilmədilər. Onların vəhşiliyi elə bir dərəcəyə çatmışdı ki, İmam Hüseynin (ə) səhabələrindən olmuş Həbib ibn Müzahirin qəbri üzərindəki taxta sənduqəni söküb onunla ocaq qaladılar! Tarixi məlumatlara görə, bu müsibət zamanı İmam Hüseynin (ə) qəbrinin lap yanında 50 nəfər, məscidin içində 500 nəfər öldürülmüşdür. Kərbəlanın küçə və evlərində qətlə yetirilənlərin ümumi sayının 2000 yaxud 5000 nəfər olduğunu qeyd etmişlər.

Hadisədən təqribən 11 ay sonra Londondan Hindistana qayıdarkən Kərbəladan keçən hindistanlı səyyah Mirzə Əbutalib İsfahani "Məsiri-Talibi" adlı xatirə kitabında şahidlərdən eşitdiklərinə istinadən yazırdı: "Zilhiccənin 18-i, Qədir-Xüm günü Kərbəlanın mötəbər əhalisinin əksəriyyəti Nəcəf şəhərinə ziyarətə getdiyi zaman, ərəb atlarına və dəvələrə minmiş 25.000 nəfərə yaxın vəhhabi Kərbəla nahiyəsinə daxil oldu. Vəhhabilərin bəziləri zəvvar qiyafəsi geyinib əvvəlcədən şəhərə girmişdilər və şəhərin hakimi Ömər ağa onlarla əlbir idi. Buna görə də vəhhabilər elə ilk həmlədə Kərbəlanı tuta bildilər. Onlar: "Müşrikləri öldürün! Kafirlərin boynunu vurun!" - deyə haray salmışdılar. Ömər ağa qaçıb ətraf kəndlərin birində gizləndi, amma sonralar Osmanlı valise Süleyman paşanın əmri ilə edam edildi. Vəhhabilər qətlü-qarətdən sonra məqbərənin günbəzindən qızıl təbəqələri də qoparıb aparmaq istəyirdilər, amma təbəqələr möhkəm bərkidildiyindən, məqsədlərinə çata bilmədilər. Ona görə günbəzin altındakı qəbri külüng və balta ilə doğramaqla kifayətləndilər. Bu hadisədə 5000 nəfərdən artıq adam öldürüldü, yaralıların sayı-hesabı yoxdur. Həzrət Hüseynin (ə) məqbərəsindəki qızıl-gümüş və şəhərdəki əmlak sarıdan gözə dəyən hər şeyi qarət etdilər, sanki şəhərə süpürgə çəkilmişdi. Məzarın ətrafında yer yaralıların qanı ilə örtülmüşdü. Günbəzin altı və hücrələr meyitlə dolu idi. Həzrət Abbasın məzarının yerləşdiyi məhəllə və məqbərənin özü istisna olmaqla, heç yer qan-qadadan salamat qalmadı. Bu hadisənin dəhşəti elə böyük idi ki, mən 11 aydan sonra Kərbəlaya girəndə camaat yalnız ondan danışır, danışdıqca ağlayırdı. Baş verənlərin təsvirini eşidəndə dəhşətdən adamın tükləri biz-biz olurdu" ("Məsiri-Talibi", səh. 408).

Vəhhabilər Kərbəlanı günortadan sonra tərk edib getdilər. Şəhər kənarında Əbyəz adlı su mənzilində dayanıb qəniməti bölməyə başladılar. Ələ keçirilmiş əmlakın xümsünü (1/5-ni) Səud özünə götürdü. Qalan qəniməti hər piyadaya bir, hər süvariyə isə iki pay olmaqla əsgərlər arasında bölüşdürdü. (Bu fakt da sübut edir ki, vəhhabilər öz talançı yürüşlərini kafirlərə qarşı cihad kimi qiymətləndirir, kafirlərlə döyüşdə alınan qənimətin bölünmə qaydasını tətbiq edirdilər).

***

Vəhhavilər müqəddəs Nəcəf şəhərini də öz hücumlarına hədəf seçmişdilər. Onlar Kərbəladan 3 il əvvəl (1799-cu ildə) Nəcəfə hücum etdilər. Vəhhabilər Nəcəfi mühasirəyə alsalar da, şəhərə girə bilmədilər. Nəcəflilər vəhhabilərin hücumundan xəbərdar olan kimi İmam Əlinin (ə) məqbərəsinin xəzinəsini Bağdada göndərdilər ki, talan edilməsin. Bundan bir neçə il sonra (1806) vəhhabilər Nəcəfə yenidən hücum etdilər. Amma şəhərin ətrafında qazılmış dərin və enli xəndək onların işini çətinləşdirdi. Bir tərəfdən də Nəcəfdə təhsil alan 200 nəfər gənc tələbə məşhur alim Şeyx Cəfər Kaşifül-ğitanın rəhbərliyi altında şəhəri bacarıqla müdafiə edirdilər. Şeyx Cəfərin müdafiə dəstəsində Seyyid Cavad Amuli, Şeyx Hüseyn Nəcəf, Şeyx Xızr Şəllal, Şeyx Mehdi Molla Kitab və başqa alimlər də var idi. Nəcəflilər şəhərin qala divarlarının üzərində bir neçə iri top quraşdırmışdılar. Həmin toplardan atılan mərmilər vəhhabilərin hücum dəstələrini dağıdırdı. Nəcəfin mühasirəsi zamanı 15 min nəfərlik vəhhabi ordusu 700 nəfər itki verib geri çəkildi. Bu mühasirədə Nəcəf əhalisindən də 5 nəfər şəhid oldu.

Qeyd etmək yerinə düşər ki, Nəcəfin müdafiəsinə başçılıq etmiş Şeyx Cəfər Kaşifül-Ğita vəhhabilərin əleyhinə kitab yazmış ilk şiə alimi sayılır. Əbdüləziz ibn Səud öz əqidəsini ehtiva edən bir risalə yazıb Şeyx Cəfərə göndərmişdi. Şeyx Cəfər həmin risalə ilə tanış olandan sonra "Minhəc əl-rəşad" adlı kitab yazıb, cavab olaraq Əbdüləzizə yolladı. Həmçinin, Seyyid Cavad Hüseyni Amuli elə hərbi əməliyyatlar getdiyi bir şəraitdə Nəcəfi qorumağın vacibliyi barədə risalə yazaraq, şəhər əhalisi arasında yaymışdı. Bir il sonra (1807) vəhhabilər yenə Kərbəla və Nəcəf şəhərlərinə hücum edib onları mühasirəyə aldılar. Amma bu dəfə də niyyətləri boşa çıxıb geri döndülər.
islam.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda iki avtomobil toqquşdu

29 İyun 2017 04:43

Parlaq, gözlənilməz mənzərələr - FOTO

29 İyun 2017 04:32

Brüsseldə NATO-un müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək

29 İyun 2017 04:29

Venesuelanın baş prokurorunun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib

29 İyun 2017 04:07

Millimiz Avropa çempionatında ikinci oldu

29 İyun 2017 03:53

ABŞ-da universitetdə partlayış olub

29 İyun 2017 03:42

Astroloji proqnoz -

29 İyun 2017 03:42

Venesuelada Ali məhkəmə və DİN-ə hücum edən helikopter tapılıb

29 İyun 2017 03:36

Mətbəx əlüzyuyanları - FOTO

29 İyun 2017 03:32

İtaliya miqrantlara qapılarını bağlayır

29 İyun 2017 03:24

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 03:07

Yayda uşaqları nədən və necə qorumalı?

29 İyun 2017 02:58

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

29 İyun 2017 02:52

ABŞ-da təyyarə qəzası:ölənlər var

29 İyun 2017 02:44

"Milan" daha bir futbolçu ilə anlaşdı

29 İyun 2017 02:37

Aktrisa jurnalı bəzədi - FOTO

29 İyun 2017 02:32

Varşava - Berlin qatarı bomba təhlükəsindən dayandırılıb

29 İyun 2017 02:01

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

29 İyun 2017 01:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

29 İyun 2017 01:52

İsrail əsgərləri fələstinli gənci öldürüblər

29 İyun 2017 01:52

“Hyundai”la “Gelandewagen” toqquşdu - Bakıda

29 İyun 2017 01:49

Təl-Əvivdə zərif villa - FOTO

29 İyun 2017 01:37

Satışda təhlükəli qarpızlar var -

29 İyun 2017 01:34

Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

29 İyun 2017 01:18

ABŞ xarici təyyarələrə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq etdi

29 İyun 2017 01:09

Mərakeşdə etirazlar zamanı 80 polis yaralanıb

29 İyun 2017 01:08

Konfederasiyalar Kubokunda ilk finalçı bəlli oldu

29 İyun 2017 00:49

Çili finala yüksəldi -

29 İyun 2017 00:47

Xəzərdə qayıq qəzaya uğradı

29 İyun 2017 00:38

Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı

29 İyun 2017 00:23

“İpək Yolu” Festivalında Polşa və Macarıstan müşiqiçiləri çıxış edib

29 İyun 2017 00:22

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29 İyun 2017 00:17

Astroloji proqnoz - 29 iyun

29 İyun 2017 00:13

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

29 İyun 2017 00:05

Günün qoroskopu: bir çox işlərinizdə qabağa gedə biləcəksiniz

29 İyun 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 3,3% bahalaşıb

29 İyun 2017 00:01

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb

28 İyun 2017 23:57

Kirayə ev axtaran gənc bir gecədə fenomen oldu - FOTO

28 İyun 2017 23:57

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTO

28 İyun 2017 23:57

Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!

28 İyun 2017 23:57

Suyun altında məzun günü keçirildi - VİDEO

28 İyun 2017 23:57

Kürdəmir sakini çayda batdı

28 İyun 2017 23:53

Mançesterdə bomba xəbərdarlığı -

28 İyun 2017 23:53

Türkiyə hərbçilərinin PKK-nın İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 7 terrorçu öldürülüb

28 İyun 2017 23:52

Göz qapağı kəsilən, 1 anda canlanan cəsədlər - FOTO - 18+

28 İyun 2017 23:52

60 saniyəyə 47 acı bibər yedi - TARİXƏ DÜŞDÜ - VİDEO

28 İyun 2017 23:47

Sərinləmək üçün buzlu suya girdilər - 40 dərəcə istidə - FOTOLAR

28 İyun 2017 23:38

Həyat yoldaşlarından qorxan kişilər və bilmədiyiniz 20 FAKT

28 İyun 2017 23:37

Baneqa qayıdır

28 İyun 2017 23:37

Bu maşına 10 nəfər mindi - FOTO

28 İyun 2017 23:37