Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya

Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
01:31 13 Noyabr 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni KİV-ində yayılmış Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qayatarılması barədə yazılanlara aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, nazirlik rəsmisi Sergey Lavrovun bu yaxınlardakı səfərinin kontekstində təzyiqi artırmamağa və açıq mənbələrə müraciət etməyi məsləhət görüb.

"Mən Sergey Lavrovun İrəvanda mətbuat konfransında ətraflı danışığına heç nə əlavə edə bilmirəm. O, ətraflı şəkildə bütün suallara cavab verib. Həmçinin danışıq prosesi və müzakirə olunacaq məsələlər haqda danışıb. Buna görə mən düşünürəm ki, bu vəziyyətdə təzyiqi artırmaq lazım deyil. Bunun üçün Rusiya nazirinin sözlərinə ilk mənbələrdən müraciət etmək lazımdır. Bütün bunlar saytda dərc edilib", - deyə Zaxarova bildirib.


Mariya Zaxarova

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və həmçinin erməni həmkarları ilə Dağlıq Qarabağda vəziyətin nizama salınması üzrə ən sıx əlaqəni dəstəkləyir.

"Biz hər iki ölkəyə qarşı zərər verə biləcək heç nəyi etmirik. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Rusiya münaqişənin nizamlanması prosesinə yaxından qoşulub və biz bu sülh prosesinin məsuliyyətli iştirakçılarıyıq. Bu yanaşmalar dəyişməzdir və mən onları yalnız təsdiq edə bilərəm. Ümid edirəm ki, erməni kütləvi informasiya vasitələrlərini necəsə sakitləşdirdim", - deyə Zaxarova qeyd edib.



Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra iddiaların yayılmasına səbəb olmuşdu. Ermənistanın müxalifyönlü “Aykakan jamanak” qəzeti Lavrovun səfərinin əsas məqsədinin münaqişənin həlli üçün Rusiyanın təşəbbüsünün kulisarxası proseslə bağlı olduğunu yazaraq söhbətin Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qayatarılmasından getdiyini qeyd etmişdi. Ermənistanın populyar analitika portalı "Lragir" də iddia edirdi ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlir və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyacaq.


İşğal altında olan Dağlıq Qarabağ

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR