Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Blatter evə buraxıldı

Blatter evə buraxıldı

Date: 13 November 2015 01:56

Rüşvət və saхtakarlıq səbəbindən ali futbol qurumunun etika komitəsi tərəfindən 90 gün postundan kənarlaşdırılan FIFA prezidenti Yozef Blatterin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi.

ANS PRESS-in məlumatına görə, isveçrəli futbol funksioneri artıq evə buraxılıb.

Yaxınları 79 yaşlı Yozef Blatterin depresiyaya düşdüyünü bildirib. Həkimlər Blatterə bir neçə gün istirahət etməli olduğunu və ev şəraitində müalicə olunmasını tövsiyə edib.

FİFA prezidenti Yozef Blatterlə yanaşı UEFA prezidenti Mişel Platinin də səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayyət işi açıb.

Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçildiyini bildirib.


UEFA prezidenti Mişel Platini

1998-ci ildən FİFA-ya başçılıq edən Blatter bu ilin mayın 29-da 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq.

Tags:  Blatter evə buraxıldı

RƏYLƏR


Top news