Ayaqqabının altı murdarlığa bulaşıbsa onu necə pak etmək olar?

Ayaqqabının altı murdarlığa bulaşıbsa onu necə pak etmək olar?
02:05 13 Noyabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, Ayaqqabının və ya ayağın altı murdarlığa bulaşıbsa onu iki üsulla pak etmək olar. Birinci üsul budur ki, adi qaydada su ilə yuyulub pak olunsun. İkinci üsul budur ki, bulaşmış ayaqqabı və ya ayaqla bir qədər piyada yol gedilsin. Yerində durub ayağı sürtmək kifayət etməz. Torpağın, daşın və ya döşənmiş kərpicin üzərində yol getmək lazımdır. Xalcanın üzərində, taxta döşəmədə və çəmənlikdə otların üstündə gəzmək ayaqqabının (ayağın) altını pak etməz. Burada məsafənin də rolu var. Ən azı qədim ölçü ilə 15 dirsək, müasir ölçü ilə təxminən 7 metr yol gedilməlidir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR