Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə gözəli nişanlandı (FOTO)

Türkiyə gözəli nişanlandı (FOTO)

Date: 13 November 2015 02:56

Türkiyə gözəli Amine Gülşe Londonun "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özillə münasibətləri barədə danışıb.

ANS PRESS-in məlumatına görə, daha əvvəl Almaniya millisinin üzvü ilə əlaqəsini inkar edən Amine Gülşe bu dəfə etiraf edib.

Məsutla nişanlanmaları barədə хəbəri təsdiq edən Amine barmağında olmayan nişan üzüyünün evdə qaldığını bildirib. 22 yaşlı Amine Gülşe "Miss Turkey 2014" gözəllik müsabiqəsinin qalibidir. 1.78 sm boya sahib Türkiyənin ən gözəl qızı Amine Gülşe İsveçdə doğulub. Amine dünya gözəllik müsabiqəsində Türkiyəni təmsil edəcək.


Amine Gülşe

Məsut Özil bir müddət əvvəl alman müğənni Mandi Kapristo ilə ayrılıb. Türk əsilli futbolçu Məsut Özillə atası Mustafa Özil arasındakı qalmaqalda Mandi Kapristo günahkar hesab edilirdi. Mustafa Özil özü də bu barədə bildirib ki, alman müğənni ata və oğul arasına girərək münasibətlərini pozub: "Mandi bizim aramıza girdi və vəziyyəti bu həddə çatdırdı".


Mandi Kapristo və Məsut Özil

Almaniya mətbuatının məlumatına görə, Məsut anası Gülizarla boşanan atasından ayrılığa görə inciyib və hər şeyə görə onu günahlandırıb. Bundan sonra isə onu menecerliyindən kənarlaşdırıb və bütün hüquqlarını qardaşı Mutlu Özilə verib. Mustafa Özilin iddialarına görə, oğlu ilə arasının pozulmasına Mandi Kapristo səbəb olub.

Tags:  Türkiyə gözəli nişanlandı FOTO

RƏYLƏR


Top news