Nərimanov rayonunda gənclərə Konstitusiya kitabı hədiyyə olunub

Nərimanov rayonunda gənclərə Konstitusiya kitabı hədiyyə olunub
02:58 13 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-də Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Azərbaycan Respublikası Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan, eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışaraq, dövlət quruculuğunda, ölkəmizin iqtisadiyyatı və ictimai-siyasi həyatında dinamik inkişafa güclü təkan verən bu mühüm tarixi hadisənin xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu xatırladıb.
Ş.İbadov məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızın qəbulundan keçən 20 ildə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu gün ölkəmizdə apardığı uğurlu islahatların qanunlarımızın aliliyinə söykənməklə ölkəmizin daha da çiçəklənməsinə, xalqımızın sosial-rifah halının yaxşılaşmasına xidmət etdiyini deyən Ş.İbadov qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbətin hər bir azərbaycanlının həyat amalına çevrildiyinə əminlik ifadə edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və digər çıxış edənlər
respublikada son illərdə dövlətimizin başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını vurğulayıblar.
Tədbirə qatılan gənclərə “Azərbaycan Respublikasının Konstitusiyası” kitabı və xatirə hədiyyələri təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nerimanov_rayonunda_genclere_Konstitusiya_kitabi_hediyye_olunub-901586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR