Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan YUNESKO-nun yardımçı orqanlarına üzv seçilib

Azərbaycan YUNESKO-nun yardımçı orqanlarına üzv seçilib

Date: 13 November 2015 03:48


Paris, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-də YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində bu təşkilatın yardımçı orqanlarına seçkilər keçirilib. Azərbaycan təşkilatın iki yardımçı orqanına - YUNESKO-nun “İnsan və biosfer” proqramı Beynəlxalq Əlaqələndirmə Şurasına (MAB-İCC) və Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəyə (CIGEPS) namizədliyini irəli sürmüşdü. Seçkilərin nəticəsi ölkəmiz üçün müsbət olub və Azərbaycan YUNESKO-nun hər iki yardımçı orqanına üzv seçilib.
YUNESKO-nun “İnsan və biosfer” proqramı Beynəlxalq Əlaqələndirmə Şurası 34 üzv dövlətdən ibarətdir və ölkələr arasında biosfera sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi, biosfer qoruqların mühafizəsi və qorunması ilə bağlı lazımi mexanizmlərin yaradılması ilə məşğuldur. Bu Şuraya üzvlük ölkəmizə dünyada biosfer qoruqlarının mühafizəsinə öz töhfəsini verməyə və Ümumdünya Biosfer Qoruqlar Şəbəkəsinə yeni qoruqlarını daxil etməyə imkan verəcəkdir.
Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitə 18 üzv ölkədən ibarətdir və bədən tərbiyəsi və idman sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsinə töhfə verir. “Bakı-2015” birinci Avropa Oyunlarını uğurla keçirilməsi və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, eləcə də həm yerli, həm də beynəlxalq səviyyədə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi dəstək ölkəmizin bu komitəyə üzv seçilməsində böyük rol oynayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Tags:  Azərbaycan YUNESKO-nun yardımçı orqanlarına üzv seçilib


RƏYLƏR


Top news