Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda transseksualın boğazını kəsdilər

Bakıda transseksualın boğazını kəsdilər

Date: 13 November 2015 03:54

Bakıda transseksuala ağır bədən xəsarətləri yetirilib. Lent.az-ın məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib. Ağır xəsarətlər alan Novruzov İlqar Əli oğlu xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, bir nəfər başına qırmızı rəngli parik qoymuş İlqar Novruzovu fahişə qadın hesab edib və onunla müştəri kimi tanış olub. Onlar "Gənclik" metrostansiyasının yaxınlığındakı mənzillərdən birinə gediblər. Ora çatdıqda müştəri qadın kimi qəbul etdiyi şəxsin əslində kişi olduğunu bilib. Bundan əsəbiləşən naməlum şəxs İlqar Novruzovun boğazına bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Mahir Məmmədli


Tags:  Bakıda transseksualın boğazını kəsdilər

RƏYLƏR


Top news