Zibilliklərdən 100 kiloqrama yaxın qəpik tapılıb (VİDEO)

Zibilliklərdən 100 kiloqrama yaxın qəpik tapılıb (VİDEO)
03:56 13 Noyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Ətraf mühitin təmizliyi həm insanlardan, həm də müvafiq qurumlardan aslıdır.

ANS TV-nin məlumatına görə, “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Baba deyir ki, hazırda qurumun nəzdində iki zavod və bir poliqon var.

Rəsmi adı Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu olan bu sənaye mərkəzi 2009-cü ildə istifadəyə verilib. Hazırda burda 150-dən artıq işçi çalışır.

Avadanlıqları alman şirkəti tərəfindən qurulan müəssisə indi yerli mütəxəssislər tərəfindən idarə olunur. Tullantılarla dolu maşınlar əvvəlcə girişdəki tərəzidən keçir. Onu da deyək ki, çəkilmə həm girişdə, həm də çıxışda aparılır və qeydə alınır.

Qəbul məntəqəsinə yollanan tullantı orda boşaldılır. Xüsusi konveyr ilk olaraq qarışıq kütləni iri məmulatların ayrılması kabinəsinə göndərir. Çəkisi çox ağır və həcmi böyük olan tullantılar seçildikdən sonra su və qumdan ibarət hissələrdən seçilməsi üçün ələyə ötürülür.

Fırlanan ələyin gözündən keçən lazımsız hissəciklər kabinənin aşağısındakı konteynerlərə tökülür və basdırılmaq üçün poliqona aparılır. Ələkdə orta böyüklükdə qalan tullantılar isə daha incə çeşidlənməyə göndərilir.

Bu mərhələdə maqnit tullantıların arasından metalları seçir və presslənməyə göndərir.

Bəs tullantı nə üçün presslənir və o necə aparılır?

Zavod ərazisində 8 növ məmulat çeşidlənir və anbarlarda toplanılır. Yüngül metallar, kağız-karton, politilen, plastik və s.

Məsələn, kağız anbarında toplanan kağız məmulatları kiçik buldozerlər vasitəsilə preslənmə xəttinə daxil edilir, ordan da xüsusi dəzgahda məftillərlə bağlanır.

Çeşidlənmə prosesi başa çatdıqdan sonra tullantılar presslənir və anbarlara yönəldilir.

Dəmir hissələrdən ayrılan tullantı iki xətlə xüsusi kabinəyə ötürülür. Burda gün ərzində 60-a yaxın işçi çalışır.

Bu hissədə çeşidlənmə prossesinin son mərhələsi həyata keçirilir. Lazımsız heç bir təkrar emala və istifadəy yararsız olan tullantılar bu lent vasitəsilə aşağıdakı xüsusi konveyrlərə doldurulur və yandırılmağa göndərilir ki, yanma prossesi zamanı da elektrik enerjisi alınır.

Buna qədər isə zavod ərazisində yeganə əl əməyindən istifadə olunan bu kabinədə işçilər onlara ayrılmış anbarlara tullantıları atırlar.

Beləliklə zavod ərazisində tullantı əslində bir növ təkrar emal olunmuş olur. Yəni ya presslənərək emal zavoduna xammal kimi, ya yandırılaraq enerji alınır, ya da xüsusi poliqonda basdırılıraraq məhv edilir.

Yanma zavoduna aparılan tullantılar xüsui konteynerlərdə yığılır. Hansı ki, həm də yük maşının kuzovu kimi daşına bilir.

Kuzov tam dolduqdan sonra daşınma zamanı ətrafa səpələnməsin deyə üzəri torla örtülür. Yanma prossesindən alınan enerji hesabına zavod özünün enerji ehtiyacını tam ödəyir.

“Çeşidlənmə prosesi zamanı tullantılar arasından müxtəlif əşyalarla yanaşı qəpiklər də tapılır. Qeyd edim ki, son altı ay ərzində 100 kiloqrama yaxın qəpik toplanıb. Çeşidlənmə zamanı tapılan qəpiklər arasında - 1, 3 və 5 qəpiklər üstünlük təşkil edir. Müəyyən müddətdən sonra qəpikləri Mərkəzi Banka təhvil verib, kağız əskinaza dəyişəcəyik. Biz bu pula uşaqlara hədiyyə alcağıq. Aldığımız hədiyyələri isə uşaq evlərinə bağışlayacağıq”, - deyə “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Baba bildirib.

Şəhər ərazisindən tullantıları “Təmiz Şəhər” ASC-nin maşınları yox, Bakı Şəhər İcra Hakimiyyətinin texnikası toplayır.

İçərişəhər və “Qala” qoruq idarəsi ərazisində isə pilot layihə kimi tullantılar çeşidlənərək daşınır. Yaşıl və göy rəngli maşınlar müvafiq olaraq orqanik və kimyəvi tullantıları zavoda daşıyır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR