Ronaldo təyyarə aldı (FOTO)

Ronaldo təyyarə aldı (FOTO)
05:41 13 Noyabr 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

Madridin "Real" klubunun və Portuqalıya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo şəxsi təyyarə alıb.

ANS PRESS-in məlumatına görə, "Qızıl top"un üçqat sahibi “Gulfstream G200” üçün 19 milyon avro ödədyib.

Portuqaliyanın “Correio da Manha” tabloidi müasir dövrün ən yaxşı futbolçularından biri olan Kriştiano Ronaldonun yeni bahalı oyuncağı haqqında yazıb. Portuqalıya yığmasının yarımmüdafiəçisi bundan sonra işi təmtəraqlı bəzədilən və 10 nəfərə gədər şərnişin tutumu olan öz şəxsi təyyarəsi ilə dünyanın istənilən nöqtəsinə rahatlıqla uça bilər.


“Gulfstream G200”

İrina Şeyxin keçmiş sevgilisinin yeni nəqliyyat vasitəsi iki motorlu biznes-klass “Gulfstream G200” planeridir. Bu təyyarə 10 sərnişinə qədər daşıya bilər, ekipajın üzvləri üçün ayrı vanna otaqlarına malikdir, şkaflar, internetə giriş, telefon, faks, mikrodalğalı soba, elektrik sobası və içkilər üçün soyuducuya malikdir. Ronaldonun Londona ona həsr edilmiş filmin premyerasına bu təyyarə ilə uçduğu bildirilir.



Bu ilin oktyabr ayının sonunda Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın 10 ən bahalı futbol brendləri siyahısına daxil edilib. Ronaldo bu mövsüm “Real” heyətində meydana çıxdığı 11 oyunda 8 dəfə fərqlənib. Portuqaliya yığmasının hücumçusu ötən ay növbəti dəfə 2014-2015-ci illər futbol mövsümünün ən yaxşı bombardiri kimi Avropanın “Qızıl buts” mükafatını alıb. Ötən mövsümdə portuqaliyalı hücumçu 35 oyunda rəqib qapılarından 48 top keçirib. 30 yaşlı Ronaldu artıq 4-cü dəfədir “Qızıl buts”u mükafatını alır. Ondan əvvəl bu fəxri mükafatı 3 dəfə Lionel Messi, iki dəfə Herd Müller və Eysebio alıb.



Ronaldo “Real” heyətində 2011-2012-ci illərdə İspaniya çempionu olub, həmçinin 2010-2011 və 2013-2014-cü illər mövsümündə İspaniya kubokunu qazanıb. Ronaldo həmçinin FİFA nominasiyası üzrə 2014-cü ildə də 3-cü dəfə “Qızıl top” mükafatına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR