Neftdə kəskin ucuzlaşma başladı

Neftdə kəskin ucuzlaşma başladı
06:01 13 Noyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabat bunu deməyə əsas verir. Bu hesabatlara görə “Brent” markalı neftin qiyməti -3.82% ucuzlaşaraq 44.06 dollara olub.

“Texas” (WTI) markalı neftdə də düşüş qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft -0.19% ucuzlaşaraq 41.67 dollara çatıb.

London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,38 dollar ucuzlaşaraq 46,71 dollar təşkil edib.



Əmtəə birjalarında qızılın qiymətində də nisbi ucuzlaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti dünənki göstəricilərə nisbətən ucuzlaşaraq 1 qram üçün 34.85 dollar olub. Gümüşün qiymətində isə stabillik qeydə alınınıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.



Ölkəmizdə ABŞ dollarının satış qiymətində cüzi ucuzlaşma olub. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0503 AZN təşkil edib. Euroda isə bahalaşma qeydə alınıb. Belə ki, 1 euro 1.1302 AZN-ə satılıb. 1 rubl qarşısındakı 0.0163 AZN-lik qiyməti ilə Rusiya valyutası da düşüş yaşayıb.



Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0503 AZN
1 Euro – 1.1302 AZN
1 rus rublu – 0.0161 AZN

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR