Bakıda tanınmış yazıçı qəzaya uğradı

Bakıda tanınmış yazıçı qəzaya uğradı
06:46 13 Noyabr 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında paytaxtın Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində iki minik avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Qəza, yazıçı Şərif Ağayar kimi tanınan Ağayarov Şərif Ziyadxan oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə geriyə dönmək istəyərkən baş verib. Yazar avtomobillə geriyə dönərkən arxadan gələn Mirzəyev İdris Muxtar oğlunun idarə etdiyi “Mitsubishi” markalı pikap avtomobili Mercedesə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, “Mercedes”ə ziyan dəyib.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı qəzanın pikapın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi məlum olub.

Faktla bağlı araşdırma davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR