Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəzi rayonlarımızda qaz olmayacaq

Bəzi rayonlarımızda qaz olmayacaq

Date: 13 November 2015 07:21

Bu gün Azərbaycanın bəzi rayonlarında və paytaxt Bakının bəzi bölgələrində təbii qazın verilişində məhdudiyyətlər olacaq.

"SOCAR" mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, məhdudiyyətlər Abşeron, “Hacıqabul” və “Ağdaş” Magistral qaz kəmərləri sahələrində aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Noyabrın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Xaşa-Xuna və “Zeytun”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Padar”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, “Makov” və “Oğuz” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu rayonunun Padar, Külüllü, Kürsulu, Nəmirli və Bənəcik, Şəki rayonunun Turan qəsəbəsi, Zaqatala rayonunun Danaçı və Nazıxgöyəm kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Xəzər rayonunun Şüvalan, Qala və Xaşaxuna bağları qəsəbələrinin, o cümlədən, Oğuz rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Tags:  Bəzi rayonlarımızda qaz olmayacaq


RƏYLƏR


Top news