Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir

Date: 13 November 2015 08:03


Mingəçevir, 13 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
İnsan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını müəyyənləşdirən Konstitusiyamızın qəbul edilməsi dövlətimizin həyatında mühüm ictimai-siyasi hadisə hesab edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Mingəçevir Turizm Kollecində təşkil edilən “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbirdə səsləndirilib. Tədbirdə Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev çıxış edərək bildiriblər ki, ölkənin əsas qanunu olan Konstitusiya hər bir vətəndaşın fəaliyyətinin əsasıdır. Çünki bu fəaliyyət müstəqil Azərbaycanın təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə kömək edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.
Qeyd edilib ki, 1918-ci il mayın 28-də yaranmış Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası olmayıb. Lakin Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxt ərzində Konstitusiya xarakteri daşıyan bir neçə akt, qərar qəbul edib və onların əsasında fəaliyyət göstərib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda Sovet hakimiyyəti dövründə beş konstitusiya qəbul olunsa da, əslində onlar SSRİ-nin Konstitusiyasına uyğunlaşdırılırdı. Ümummilli lider Heydər Əliyevin ən gözəl əsərlərindən biri sayılan Konstitusiyamız bu gün özündə müasir demokratik amilləri əks etdirir və dünyanın bir çox ölkələrinin konstitusiyalarından öndə durur.

Tags:  Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir


RƏYLƏR


Top news