Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Texas ştatının qubernatoru Qreq Əbbot ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdi

Texas ştatının qubernatoru Qreq Əbbot ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdi

Date: 13 November 2015 08:08

Azərbaycan, bakı, 13 noyabr /Trend/

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Əbbot ştatın paytaxtı Ostin şəhərində Azərbaycan Respublikasının ABŞ-da səfiri Elin Süleymanov və Hyuston şəhərində yerləşən “Azərbaycan Mərkəzinin” direktoru İradə Axundova ilə görüşüb.

Trend-ə Azərbaycanın ABŞ-daki səfirliyindən verilən məlumata əsasən, səfir E.Süleymanov həmsöhbətinə ölkəmiz barədə məlumat verdi, həmçinin ABŞ-Azərbaycan münasibətləri və iki ölkə arasında enerji, terrorçuluğa qarşı mübarizə və bir sıra digər sahələrdə həyata keçirilən səmərəli əməkdaşlıqdan danışdı. E.Süleymanov Azərbaycanın Texas ştatı arasında mövcud olan ənənəvi müsbət münasibətlərini qeyd edərək bu ştatda yaşayan çoxsaylı və fəal Azərbaycan icmasının Texasla Azərbaycan arasında təmasların genişlənməsinə səbəb olduğunu bildirdi. Bu kontekstdə diplomat 9 noyabr tarixində Bakı ilə qardaşlaşmış olan Hyuston şəhərində keçirilmiş “Avropa Enerjisində Cənubi Qaz Dəhlizi” adlı olduqca vacib mövzuya həsr olunmuş beynəlxalq konfransın və həmin gün keçirilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş ziyafətin təşkilində “Azərbaycan Mərkəzi” və onun direktoru İ.Axundovanın yaxından iştirakını qeyd etdi.

Səfir həmçinin adıçəkilən tədbirdə Texas ştatının dövlət katibi Karlos Kaskosun iştirakı və onun qubernator Q.Əbbot adından Azərbaycanlılara ünvanlanmış təbrikini səsləndirməsinə görə həmsöhbətinə təşəkkürünü bildirdi.

Öz növbəsində İ.Axundova Texasda Azərbaycan icmasının fəaliyyəti və onlar tərəfindən keçirilən tədbirlər barədə danışdı.

Qubernator Əbbot Azərbaycanın ABŞ-a münasibətdə nümayiş etdirdiyi dostluğu yüksək qiymətləndirdiyini söylədi. Q.Əbbot Texasla ölkəmiz arasında mehriban münasibətlərin mövcudluğundan məmnun olduğunu deyərək bu münasibətlərin daha genişlənməsinə hazır olduğunu vurğuladı. Eyni zamanda o, Texasda yaşayan Azərbaycan icmasının ştatın inkişafına töhfəsini məmnunluq hissi ilə qeyd etdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Texas ştatının qubernatoru Qreq Əbbot ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdi

RƏYLƏR


Top news