Bakı, 13 noyabr, AZƏRTAC
“Azercell Telekom” şirkəti “Bookmate” adlanan yeni mobil servisini təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Bookmate” kitabları smartfonlara yükləyərək daha rahat oxumaq üçün yaradılan yeni mobil kitabxanadır. Yeni onlayn kitabxanada Azərbaycan dilinə tərcümə olunmuş dünyanın məşhur yazıçılarının 500 min kitabı toplanıb. “Azercell” abunəçiləri yeni servisi “AppStore” və ya “GooglePlay”dən yükləyə bilərlər.
Yeni servis “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin məhsuludur.