Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yaponiyanın Baş naziri G20 sammiti çərçivəsndə ABŞ və Rusiya prezidentləri ilə görüşəcək

Yaponiyanın Baş naziri G20 sammiti çərçivəsndə ABŞ və Rusiya prezidentləri ilə görüşəcək

Rusiya və Türkiyə “S-400”-in tədarükünü müzakirə ediblər (15 Mart 2017 05:29)
Səudiyyə Ərəbistanı kralının varisi ABŞ prezidenti ilə görüşəcək (13 Mart 2017 11:27)
Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər (01 Mart 2017 05:17)

Tarix: 13 Noyabr 2015 08:58


Tokio, 13 noyabr, AZƏRTAC
Yaponiya Türkiyədə keçiriləcək G20 samiti çərçivəsində Baş nazir Şinzo Abe ilə ABŞ Prezidenti Barak Obamanın və Rusiya Prezidenti Vladimir Putinin görüşlərini təşkil etmək üçün hazırlıq işlərini davam etdirir. Bu barədə Yaponiya hökumətinin başçısı jurnalistlərə öz iqamətgahında məlumat verib.
G20 çərçivəsində keçirəcəyi ikitərəfli görüşlərlə bağlı hazırlıq işlərinin tam yekunlaşmadığını bildirən Ş.Abe deyib: ”Hazırda prezidentlər V.Putin və B.Obama ilə görüşlərə hazırlıq işləri aparılır”.
Baş nazir əlavə edib ki, Rusiya Prezidenti ilə görüş alınacağı təqdirdə o, bunun iki ölkə arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqları fəallaşdırmaq barədə əldə edilmiş razılığın həyata keçirilməsinə təkan verəcəyinə ümid edir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Teqlər:  Yaponiyanın Baş naziri G20 sammiti çərçivəsndə ABŞ Rusiya prezidentləri görüşəcək



RƏYLƏR


Top xəbərlər