Ölkədə pul kütləsi yarıbayarı azalıb

Ölkədə pul kütləsi yarıbayarı azalıb
09:22 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda nağd pul kütləsi azalıb (01 Mart 2017 17:57)

Mərkəzi Bank ötən 9 ayın hesabatını verdi, problemləri iqtisadi böhranla əlaqələndirdi.

"2015-ci ilin 9 ayında Mərkəzi Bank əlverişsiz beynəlxalq iqtisadi konyunkturun Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin davam etməsi şəraitində fəaliyyət göstərmişdir". Bu, Mərkəzi Bankın 9 ayın pul siyasi icmalında qeyd olunur. İcmalda bildirilir ki, ötən müddət ərzində Azərbaycanın xarici sektoru üzrə vəziyyət qlobal iqtisadiyyatda, o cümlədən dünya enerji bazarlarında və tərəfdaş ölkələrdə baş verən proseslərin təsiri ilə dəyişib.

Milli.Az "Bizim Yol" qəzetinə istinadən xəbər verir ki, hesabat dövründə xarici ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nəzərən 49.5 faiz azaldığı göstərilir. Bu azalma, əsasən, ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 54 faiz, neft məhsulları üzrə 44.2 faiz, təbii qaz üzrə 23.2 faiz azalıb.

Cari ilin 9 ayında əmtəə idxalı ötən ilin müvafiq dövrünə nəzərən 0.9 faiz artıb. Dövlət sektoru üzrə isə idxal isə 28.9 faiz azalıb.  İdxal nəqliyyat vasitələri və onların hissələri, meyvə-tərəvəz, oduncaq və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə artıb.  Bir sıra məhsulların idxalı yerli istehsalın genişlənməsi ilə əlaqədar azalıb.

İcmala görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ÜDM real ifadədə 3.7 faiz artaraq nominal olaraq 40.7 mlrd. manat təşkil edib. ÜDM-in artımı, əsasən, qeyri-neft sektoru hesabına baş verib. Hesabat dövrü ərzində qeyri-neft sektorunun bütün sahələrində artım müşahidə edilib. Sahələr arasında ən yüksək artım tempi turistlərin yerləşdirilməsindədir.

2014-cü ilin ortalarından etibarən əmtəə qiymətlərinin aşağı düşməsi resursla zəngin ölkələrdə iqtisadi diversifikasiya məsələsini aktuallaşdırıb. Mövzunun əhəmiyyətini nəzərə alaraq Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri iqtisadiyyatlarını uğurla diversifikasiya etmiş resursla zəngin 4 ölkənin (neft ixracatçıları - Malayziya, İndoneziya və Meksika, mis ixracatçısı - Çili) təcrübəsini bölüşüb.

AMB-nin icmalında da həmin ölkələrin diversifikasiya siyasətinə toxunaraq qeyd edir ki, Malayziyada dövlətin texnoloji transfertləri dəstəkləməsi yerli şirkətlərin qlobal rəqabətlilik qabiliyyətinin artmasına səbəb olub. Malayziyada kiçik və orta sahibkarlığın inkişafı diqqətdə saxlanılıb, ağır sənayedə idxalı əvəzləyici, emal sənayesində isə ixracı təşviqedici siyasətə üstünlük verilib.

İndoneziya da idxalı əvəzləyici siyasət aparıb və ixrac yönümlü sənaye sahələrinə birbaşa xarici investisiyalar cəlb edə bilib. İqtisadiyyatın diversifikasiyası üçün məzənnə devalvasiya olub, azad ticarət zonaları yaradılıb, müəssisələr və ayrı-ayrı sektorlar üzrə vergi güzəştləri tətbiq edilib və xarici ticarət qarşısındakı maneələr azaldılıb.

Meksika isə şirkətlərin bazara girişini asanlaşdırmaq üçün dövlətin infrastruktur xərclərini artırıb, şirkətlərin işçilərini xarici təlimlərə göndərməsi təşviq edilib və xarici şirkətlər üçün vergi güzəştləri tətbiq edilib. Bundan əlavə, azad ticarət zonalarının yaradılması və əmək bazarında təklif olunan maaşların artırılması istiqamətində addımlar atılıb.

Çilinin diversifikasiya siyasəti fərqli alətlərə, o cümlədən ixracın subsidiyalaşdırılmasına və yeni şirkətlərin yaradılmasında dövlət və özəl sektorun işbirliyinə əsaslanıb. Eyni zamanda Çili müqayisəli üstünlüyə malik sektorları müəyyənləşdirərək həmin sektorlarda işçilərin kompetensiyalarını gücləndirib və innovasiyaları təşviq edib.

Bundan əlavə, hesabata görə, 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub. 2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.  Yanvar-sentyabr aylarında əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61.7 faiz artıb. Nağd xarici valyutaya tələbin artması, əsasən, I rübdə baş vermişdir. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63 faizi, avronun isə 38 faizi I rübdə satılıb.
Cari ilin 9 ayında manatla pul bazası 38.9 faiz azalaraq dövrün sonuna 7050.4 mln. manat təşkil edib. Pul bazasının dəyişiminə dollarlaşma azaldıcı, digər amillər isə (Mərkəzi Bankın apardığı bazar əməliyyatları və s.) artırıcı təsir edib. Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatorunun səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib.

Dövr ərzində manatla geniş pul kütləsi 46.3 faiz azalaraq dövrün sonuna 9369 mln. manat təşkil edib. Geniş mənada manatla pul kütləsi əsasən, nağd pul kütləsi hesabına azalıb.
Mərkəzi Bankın proqnozuna görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Hökumətin son proqnozlarına görə, 2015-ci ildə ölkədə iqtisadi artım 3.3 faiz olacaq. İqtisadi artım əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcəkdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Səyyar ASAN xidmət Maştağa və Beyləqanda

24 Aprel 2017 13:43

Azərbaycanda 7 milyon insan risk altında - RƏSMİ AÇIQLAMA

24 Aprel 2017 13:42

Məleykə Əsədovanın 50 yaş mərasimindən FOTOlar

24 Aprel 2017 13:42

Əldə bir qədəh şərab: yerli məhsul, yoxsa xarici?

24 Aprel 2017 13:42

Məhkəmədə KURYOZ: hakim şahidi 2 sutkalıq həbsə göndərdi

24 Aprel 2017 13:39

Bakıda daha bir ərazidə ağaclar kəsildi, qarşıdurma yarandı - VİDEO

24 Aprel 2017 13:38

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib

24 Aprel 2017 13:37

Əzələlərin gücünü ölçən "ağıllı" əlcək təqdim edilib

24 Aprel 2017 13:35

Azərbaycanlı aparıcının qulağı cırıldı - ÇƏKİLİŞDƏ

24 Aprel 2017 13:34

Xanımlar bu ayaqqabılara heyran qalacaq

24 Aprel 2017 13:34

Aprel döyüşlərində yaralanmış hərbçilər Mehriban Əliyevanın təşəbbüsü ilə protezlə təmin olundu - FOTO

24 Aprel 2017 13:33

""Real" "Barselona" deyil ki..."

24 Aprel 2017 13:32

İbrahimin vəziyyəti ağırdır - 9 gündür komadadır

24 Aprel 2017 13:32

7 milyon insan risk altındadır

24 Aprel 2017 13:32

Qalmaqallı serialda intim səhnələrə çəkilən aktrisanın yaşı heyrətləndirdi - FOTO

24 Aprel 2017 13:27

İtaliyalı menecer qadını vurub xəstəxanalıq etdi - BAKIDA

24 Aprel 2017 13:24

Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ

24 Aprel 2017 13:23

"Layihədən Zaurun münsiflərə təzyiqinə görə uzaqlaşdırıldım" - Məşhur "çoban" sirləri açdı

24 Aprel 2017 13:22

Cinsini dəyişib ərə gedən çeçen öldürüldü - Atanın əmri ilə - FOTO

24 Aprel 2017 13:22

Tanışını öldürən şəxs AĞIR CƏZA

24 Aprel 2017 13:19

Məşhurlar restoranda 6 min hesab ödədi

24 Aprel 2017 13:18

Yığmamız İsrailə qalib gəldi

24 Aprel 2017 13:17

Səkkiz otaqlı evdə YANĞIN

24 Aprel 2017 13:17

Qısa ətəyi Sevdaya "çətin" anlar yaşatdı - FOTO

24 Aprel 2017 13:12

Azərin çəkilişdə qulağı cırıldı

24 Aprel 2017 13:12

Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlandı

24 Aprel 2017 13:12

“Azərenerji” xüsusi iş rejiminə keçib

24 Aprel 2017 13:09

Bura gələn insanlar qarın üzərində çılpaq gəzirlər - FOTOLAR

24 Aprel 2017 13:08

Dünyasını dəyişən Xalq artistinin oğlu belə ölmüşdü

24 Aprel 2017 13:06

Milyonluq villaları satışa çıxarıldı

24 Aprel 2017 13:05

Qalmaqal: 7 illik dayə müğənni və onun əri ilə birlikdə yatdığını etiraf etdi - FOTO

24 Aprel 2017 13:05

BÖYÜK TƏHLÜKƏ: ölkədə 7 milyon insan bu xəstəliyə yoluxa bilər - ƏLAMƏTLƏRİ

24 Aprel 2017 13:04

Daha bir generalın məhkəməsi başlayır – MTN işi

24 Aprel 2017 13:03

Yeyib-içmək süfrəsində qanlı hadisə törədənə AĞIR CƏZA

24 Aprel 2017 12:59

Sabah güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

24 Aprel 2017 12:58

Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problemlər yaranıb

24 Aprel 2017 12:58

Qış geri qayıdır

24 Aprel 2017 12:57

"MTN işi"ndə üçüncü pərdə: generalın işi məhkəməyə göndərildi

24 Aprel 2017 12:54

Çılpaq bədənlərdə Tramp və Putin... - Fransa qadına qarşı BİRLƏŞDİ

24 Aprel 2017 12:53

Hücum oldu - Müdafiə naziri istefa verdi

24 Aprel 2017 12:52

Dilqəm və Şahbazın müayinəsi üçün beynəlxalq həkimlər dəvət ediləcək

24 Aprel 2017 12:49

“Kara Sevda” serialından xəbər var

24 Aprel 2017 12:48

Nigar Camal anası ilə - FOTO

24 Aprel 2017 12:47

Mədəniyyət kanalına oğurluq ittihamı

24 Aprel 2017 12:47

Şimal küləyi daha da güclənəcək

24 Aprel 2017 12:44

Yollar bağlanacaq

24 Aprel 2017 12:42

Bakıda "Erməni soyqırımı" real tarix, yaxud tarixin yalanı" konfransı keçirilib - FOTO

24 Aprel 2017 12:42

İlk görüşdəcə SEKSLƏ MƏŞĞUL OLUN, çünki... - Alimlərdən şok tövsiyə

24 Aprel 2017 12:38

"Fransanın yeni prezidenti siyasətini Azərbaycana uyğun qurmalıdır"

24 Aprel 2017 12:37

Ruhi: "Etdikləriniz məni qətiyyən narahat etmir" - FOTO

24 Aprel 2017 12:37