Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD-in qəssabları məhv edildi - FOTO

İŞİD-in qəssabları məhv edildi - FOTO

Date: 13 November 2015 09:32

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının iki qəssabı məhv olunub.

Suriya ordusunun Hələb vilayətindəki Kveyris aerodromunun terrorçulardan azad edilməsi məqsədilə apardığı əməliyyatda "Başkəsən Kokito" ləqəbli Məhəmməd Həmduş öldürülüb.

Milli.Az Al Masdar News-a istinadən bildirir ki, Mərakeş vətəndaşı olan Həmduş 2014-cü ildə Suriyaya yollanaraq İŞİD-ə qatılmışdı. Orada 17 yaşlı mərakeşli qızla evlənən Həmduş xanımına "canlı bomba" qurşağı hədiyyə etmişdi.
ABŞ Hərbi-Hava Qüvvələrinin Suriyada apardığı əməliyyatda isə pilotsuz uçan qurğu vasitəsilə İŞİD terrorçularının Rəqqa yaxınlığındakı mövqelərinə endirilən raket zərbəsi zamanı "Jihadi Cohn" ləqəbli Britaniya vətəndaşı Məhəmməd Envazi öldürülüb.

Raket onun idarə etdiyi avtomobili göyə sovurub.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk deyib.
Milli.Az










Tags:  İŞİD-in qəssabları məhv edildi FOTO


RƏYLƏR


Top news