Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda transseksualın boğazını kəsdilər

Bakıda transseksualın boğazını kəsdilər

Date: 13 November 2015 09:37

Bakıda transseksuala ağır bədən xəsarətləri yetirilib.

Lent.az-ın məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib. Ağır xəsarətlər alan Novruzov İlqar Əli oğlu xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, bir nəfər naməlum şəxs başına qırmızı rəngli parik qoymuş İlqar Novruzovu fahişə qadın hesab edib və onunla müştəri kimi tanış olub. Onlar "Gənclik" metrostansiyasının yaxınlığındakı mənzillərdən birinə gediblər. Ora çatdıqda müştəri qadın kimi qəbul etdiyi şəxsin əslində kişi olduğunu bilib. Bundan əsəbləşən naməlum şəxs İlqar Novruzovun boğazına bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

1 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Bəhruz Zeynalov Lent.az-a bildirib ki, Sumqayıt sakini İlqar Novruzov xəstəxanaya boyunun sağ yarısının kəsilmiş yarası diaqnozu ilə daxil olub: "Təcili qaydada əməliyyat olunub, qanaxma dayandırılıb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur".

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda transseksualın boğazını kəsdilər


RƏYLƏR


Top news