Nikotini bədəndən təmizləməyin yolları

Nikotini bədəndən təmizləməyin yolları
09:42 13 Noyabr 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Siqaret çəkənlərin bədənində yığılan nikotin qalıqları illərlə xaric olunmaya bilir. Bunlar bəzi fəsadlara yol açır. Alimlər bədəndən nikotinin təmizlənməsinin yollarını tapıblar.

Milli.Az big.az-a istinadən bədəndən nikotinin təmizlənməsinin yollarını təqdim edir:

Kivi nikotini bədəninizdən təmizləməkdən əlavə, həm də vitamin mənbəyidir. 

Gicitkənin tərkibində bol miqdarda dəmir və dezinfeksiyaedici maddələr var. Gicitkən sayəsində bədəninizdə yığılıb qalan nikotin artıqlarından qurtula bilərsiniz.

Dəriyə zərər verən nikotin qalıqlarından qurtulmaq üçün kök şirəsi də içə bilərsiniz. Vitaminlərlə zəngin olan kök həm sizin sağlamlığınızı, həm də dərinizi qoruyub nikotinin zərərindən qurtaracaq. 

Su bədəninizdəki zərərli maddələri atmaq üçün çox vacibdir. Bədəniniz susuz qalsa, hüceyrələrin yenilənməsi və nikotinin zərərlərinin azalması çətinləşər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/382064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR