BMT-nin İşgəncələrə qarşı Komitəsində Azərbaycanın dövri məruzəsi dinlənilib

BMT-nin İşgəncələrə qarşı Komitəsində Azərbaycanın dövri məruzəsi dinlənilib
09:47 13 Noyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Cenevrə şəhərində BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycanın dördüncü dövri məruzəsinə baxılıb. 
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, sessiyada xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Xarici işlər nazirinin müavini X. Xələfov açılış nitqi ilə Azərbaycanın dördüncü dövri hesabatını təqdim edib. O, çıxışı zamanı ölkənin BMT-nin müqavilə orqanları ilə əməkdaşlığa önəm verdiyini bildirib, Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı və “Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.
O, həmçinin məhkəmə və penitensiar sistemin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, dövlət idarəçiliyi islahatı, “ASAN” xidmətin yaradılması və fəaliyyəti, məişət zorakılığı, insan alverinin qarşısını alınması və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X.Xələfov, ərazilərimizin 20 %-nin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində maneələr kimi qiymətləndirib. Münaqişədə 4 mindən çox soydaşımızın itkin düşdüyünü bildirən X. Xələfov, onların Ermənistan tərəfindən qeyri-qanuni saxlandığını və müxtəlif işgəncələrə məruz qaldıqlarını qeyd edib. Bununla yanaşı, 2014-cü ilin iyul ayından Ermənistan tərəfindən girov götürülən və bu günə kimi ölkəmizin işğal olunmuş ərazilərində erməni əsirliyində saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən işgəncə, qeyri-insani davranışların Hökumətimizin ciddi narahatlığına səbəb olduğunu Komitə üzvlərinin nəzərinə çatdırıb.
Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, Konvensiyanın müddəalarının qanunvericilikdə təsbit edilməsi və hesabatımızda Konvensiyanın həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini təqdir ediblər.
Sessiya zamanı ölkəmizdə insan hüquqları təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb, tədbir interaktiv dialoq formasında keçirilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mənə qarşı haqsızlıq çox oldu"

27 May 2017 17:51

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə insana QORXUNC FƏSADLAR

27 May 2017 17:48

Azərbaycanın bu hissəsi susuz qaldı - FOTO

27 May 2017 17:47

Qıza ona "sevmirəm" dediyinə görə 26 bıçaq zərbəsi endirən

27 May 2017 17:46

Azərbaycanda planşetlər ucuzlaşmağa başlayıb

27 May 2017 17:42

Ali Məhkəmə prokurorun tikinti şirkətinin rəhbərini öldürməkdə təqsirləndirilən qardaşlarla bağlı protestini təmin etməyib

27 May 2017 17:37

Snayperlərin praktiki atış bacarıqları yoxlanılır

27 May 2017 17:36

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

27 May 2017 17:34

Futbolçular Tüdordan şikayət etdilər

27 May 2017 17:32

Sürücülərə AĞLAGƏLMƏZ CƏZA: qaydanı pozanlar belə cərimələnəcək

27 May 2017 17:28

"Aliye"nin "Ayşe"si məzun oldu - FOTO

27 May 2017 17:27

Futbolçu pornoulduz olmaq istəyir

27 May 2017 17:22

Ramil Usubov vətəndaşları qəbul edib

27 May 2017 17:20

Qarabağda vəziyyət gərginləşdi, Sarkisyan GENERALLARI TOPLADI: məxfi görüşdə OLANLAR

27 May 2017 17:18

Qara Dəniz Ticarət və İnkişaf Bankı Bakıda təqdimat keçirəcək

27 May 2017 17:17

UEFA "Qarabağ"a məktub göndərdi - ŞAD XƏBƏR

27 May 2017 17:17

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

27 May 2017 17:15

Sıla özünə sevgili tapdı - FOTO

27 May 2017 17:12

Bayker motosikletini yandırdı: özünü oda atdı - VİDEO

27 May 2017 17:12

Rusiyaya məxsus döyüş təyyarələri İngiltərəyə daxil oldu

27 May 2017 17:08

“Sevmirəm” cavabına görə qızı öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

27 May 2017 17:07

Qapıçı Kamran Ağayev Rusiya Premyer Liqasında çıxış edə bilər

27 May 2017 17:07

Şamaxıda qədim nekropol TAPILDI - FOTO

27 May 2017 17:05

Putinin qisası ağır olacaq: Amerikanın “arxa baxçası”na HÜCUM

27 May 2017 17:03

Böyük döyüş başlanır: Münaqişənin DETALLARI

27 May 2017 16:58

"Qvardiolaya "yox" deyə bilməzsiniz"

27 May 2017 16:57

Azərbaycanda 7 şəlalə tapıldı

27 May 2017 16:56

Yutubdan müsəlmanlara BÖYÜK JEST

27 May 2017 16:53

Xaçmazın “Yeni Həyat” qəsəbəsinə içməli suyun verilişi dayandırılıb

27 May 2017 16:47

İki işçi quyuya düşdü, üzərləri torpaqla örtüldü

27 May 2017 16:47

iPhone 6 sərfəli şərtlərlə satışda

27 May 2017 16:43

Ağsuda 4 otaqlı ev yandı

27 May 2017 16:42

Zabit Səmədov əməkdar artistlə... - FOTO

27 May 2017 16:37

Elmar Məmmədyarov ABŞ dini icmalarının liderləri ilə görüşdü

27 May 2017 16:37

Ağsuda 4 otaqlı ev yanıb

27 May 2017 16:36

Əfqanıstanda bomba yüklü avtomobillə hücum reallaşdırılıb

27 May 2017 16:34

Hitlerin öldüyü ay... – Dünyanın gedişatını dəyişdirə biləcək İXTİRA

27 May 2017 16:33

Rihanna kökəlib tanınmaz hala düşdü - FOTOLAR

27 May 2017 16:33

İspaniya kubokunda final - "Barselona", yoxsa "Alaves"?

27 May 2017 16:32

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

27 May 2017 16:32

Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "Eşqə yolçuluq"

27 May 2017 16:29

Ramil Usubov Bərdədə vətəndaşlarla görüşüb

27 May 2017 16:27

Ərinin xəyanətini bağışlayıb 4 uşaq doğan məşhur - DÜNYANI HEYRƏTLƏNDİRƏN SEVGİ - FOTO

27 May 2017 16:27

Ulduz cütlüyün 18 illik nikahı bitdi, ayrıldılar – FOTOLAR

27 May 2017 16:23

"Qalatasaray"a İtaliyadan iki ulduz

27 May 2017 16:22

Yaponiya İmperatoru İlham Əliyevə təbrik məktubu göndərib

27 May 2017 16:22

Qorxan uşaqla necə davranmalı?

27 May 2017 16:22

Səyyar sanitar epidemioloji dəstənin taktiki-xüsusi təlimi keçirilib

27 May 2017 16:17

Yaponiyanın İmperatoru Azərbaycan Prezidentinə məktub göndərib

27 May 2017 16:12

"Mançester Yunayted"də yeni müqavilə

27 May 2017 16:12