BMT-nin İşgəncələrə qarşı Komitəsində Azərbaycanın hesabatı təqdim edilib

BMT-nin İşgəncələrə qarşı Komitəsində Azərbaycanın hesabatı təqdim edilib
09:53 13 Noyabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycanın dördüncü dövri məruzəsinə baxılıb. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, 2015-ci il 11-12 noyabr tarixində Cenevrə şəhərində BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinə baxılıb. Sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Xarici işlər nazirinin müavini X.Xələfov açılış nitqi ilə dördüncü dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı ölkəmizin BMT-nin müqavilə orqanları ilə əməkdaşlığa önəm verdiyini bildirib, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı və “Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.

O, həmçinin məhkəmə və penitensiar sistemin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, dövlət idarəçiliyi islahatı, “ASAN” xidmətin yaradılması və fəaliyyəti, məişət zorakılığı, insan alverinin qarşısını alınması və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X.Xələfov, ərazilərimizin 20 %-nin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində maneələr kimi qiymətləndirib. Münaqişədə 4 mindən çox soydaşımızın itkin düşdüyünü bildirən X.Xələfov, onların Ermənistan tərəfindən qeyri-qanuni saxlandığını və müxtəlif işgəncələrə məruz qaldıqlarını qeyd edib. Bununla yanaşı, 2014-cü ilin iyul ayından Ermənistan tərəfindən girov götürülən və bu günə kimi ölkəmizin işğal olunmuş ərazilərində erməni əsirliyində saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən işgəncə, qeyri-insani davranışların Hökumətimizin ciddi narahatlığına səbəb olduğunu Komitə üzvlərinin nəzərinə çatdırıb.

Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, Konvensiyanın müddəalarının qanunvericilikdə təsbit edilməsi və hesabatımızda Konvensiyanın həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini təqdir ediblər.

Sessiya zamanı ölkəmizdə insan hüquqları təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb, tədbir interaktiv dialoq formasında keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

BƏXTSİZ TURİST: hər səfərində terror aktını yaşadı

18 Avqust 2017 20:28

"Kopenhagen" - "Qarabağ" oyununda anşlaq

18 Avqust 2017 20:28

Hər kəs vegetarian olsa, dünya necə olardı?

18 Avqust 2017 20:13

"Apple" yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb

18 Avqust 2017 20:07

Moskvanın Qarabağ PLANI, gizli danışıqların DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

18 Avqust 2017 20:03

Finlandiyada bıçaqlı hücum -

18 Avqust 2017 20:02

Boris Yeltsinin avtomobili satışa çıxarıldı - 300 MİN DOLLAR

18 Avqust 2017 19:53

Cinsi azlıqların nümayəndələrinin məhkəmə prosesi davam edir

18 Avqust 2017 19:52

Bakı İslam Universitetində təşkil olunan Komissiyanın işi bir gün daha uzadılıb

18 Avqust 2017 19:47

AYGÜN TV-nin rəhbərinin oğlu çayda boğulub

18 Avqust 2017 19:38

Suriyada hökumət qüvvələri kimyəvi silahlarla hücuma keçdi -

18 Avqust 2017 19:38

Rusiyanın ilk prezidentinin avtomobili satışa çıxarılıb

18 Avqust 2017 19:37

Sobanı təmizləməyin ƏN SADƏ ÜSULU

18 Avqust 2017 19:23

Keçmiş televiziya sahibinin oğlu faciəvi şəkildə öldü - AZƏRBAYCANDA

18 Avqust 2017 19:19

Eyni mənzili müxtəlif şəxslərə satan tikinti şirkətinin rəhbəri HƏBS OLUNDU

18 Avqust 2017 19:18

Türkiyədə traktor aşdı -

18 Avqust 2017 19:15

Batumidə baş vermis hadisədə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

18 Avqust 2017 19:12

Rəqqasə Aytəndən cazibədar FOTOLAR

18 Avqust 2017 19:09

Tikinti təşkilatının mənzilləri bir neçə nəfərə satan rəhbəri həbs edilib

18 Avqust 2017 19:07

Azərbaycanda daha bir uşaq it dişlədiyinə görə öldü - TƏHLÜKƏ

18 Avqust 2017 19:04

Daha bir uşaq it dişləməsindən DÜNYASINI DƏYİŞDİ - 7 yaşlı

18 Avqust 2017 18:53

ABŞ Guamdakı hərbi bazasını açıq elan etdi

18 Avqust 2017 18:45

Dəridəki "ət xalları" yox etməyin ən sadə və ucuz üsulu

18 Avqust 2017 18:43

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib

18 Avqust 2017 18:42

Ermənistan ordusunda növbəti intihar dalğası: "Qarabağ bizim deyil"

18 Avqust 2017 18:38

Dünya bu 22 yaşlı azərbaycanlını axtarır

18 Avqust 2017 18:30

“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib

18 Avqust 2017 18:27

Zərərçəkmiş: "Bu işdə Arif Əsgərovun oğlu da əsas günahkardır"

18 Avqust 2017 18:27

Daha bir Avropa ölkəsində TERROR: Yaralılar var

18 Avqust 2017 18:23

Arıqlamaq üçün ən təbii üsul

18 Avqust 2017 18:15

Bu tərəvəz bədəni zəhərdən təmizləyib immuniteti gücləndirir

18 Avqust 2017 18:13

Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib, xeyli sayda yaralı var

18 Avqust 2017 18:12

ABŞ “Əş-Şəbab”-a zərbə endirdi

18 Avqust 2017 18:05

Hüquq müdafiəçisindən Saakaşvili barədə: “Gözləri qarşısında arvadı və qızı zorladılar”

18 Avqust 2017 18:03

Nazirlik küçəyə zibil atan şəxslərin müəyyən olunması üçün polisə müraciət edib

18 Avqust 2017 18:02

Azərbaycan Premyer Liqasında II turun təyinatları açıqlanıb

18 Avqust 2017 18:02

Aeroport yolunda sürət həddi endirilib

18 Avqust 2017 18:02

Əli Kərimlinin keçmiş mühafizəçisindən sensasion açıqlamalar

18 Avqust 2017 17:59

Baş Prokurorluq bu saytlara XƏBƏRDARLIQ etdi

18 Avqust 2017 17:58

“Qarabağ” - "İnter" oyununu kim idarə edəcək?

18 Avqust 2017 17:57

"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək

18 Avqust 2017 17:57

İkinci turun təyinatları açıqlandı

18 Avqust 2017 17:57

Burundidə iki gecə klubunda partlayış olub, 3 nəfər ölüb, 27 nəfər yaralanıb

18 Avqust 2017 17:52

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını təbrik edib

18 Avqust 2017 17:50

Rusiyada yandırılıb öldürülən azərbaycanlıyla bağlı ŞOK TƏFƏRRÜAT: İşgəncə də verilibmiş

18 Avqust 2017 17:49

Unibank filialları şənbə günləri də işləyir

18 Avqust 2017 17:48

Alim Qasımovun şıdırğı rəqsi – VİDEO

18 Avqust 2017 17:48

Bakının 4 qəsəbəsinin kanalizasiya xətləri yenilənəcək - SƏRƏNCAM

18 Avqust 2017 17:44

Dənizdə batan daha 4 nəfər xilas edilib

18 Avqust 2017 17:40

Daşkəsəndə sərxoş kişi çaya düşərək ölüb

18 Avqust 2017 17:37