Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aparıcı qəzaya düşdü - FOTO

Azərbaycanlı aparıcı qəzaya düşdü - FOTO

Azərbaycanlı məşhur qəzaya düşdü - Gecəni xəstəxanada keçirdi - FOTO (23 Mart 2017 13:33)
Helikopter qəzaya düşdü: ölənlər var (05 Mart 2017 17:42)
Suriya qırıcısı Türkiyəyə düşdü (04 Mart 2017 22:05)

Tarix: 13 Noyabr 2015 10:05

Türkiyənin TRT kanalının Azərbaycan təmsilçiliyinin əməkdaşı, aparıcı Arzu Ümid avtomobil qəzası keçirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı hadisənin çəkilişə gedərkən yolda baş verdiyini bildirib:

"Mənim üçün narahat olan dostlarım, doğmalarım və dəyərli izləyicilərim. Yeni layihə ilə bağlı çəkilişlərə neçə vaxt idi start vermişdik. Qəzadan sonra çəkilişlərə ara verdik. Bir neçə gün əvvəl komandamızla çəkilişə gedən vaxt başımıza bu qəza gəldi. Maşında mənimlə yanaşı, 2 əməkdaşımız da yüngül bədən xəsarəti aldı. Ən ağır xəsarəti isə mən almışam. Biləyim və barmağım bir neçə yerdən çatlayıb. Allah hər kəsi qorusun... Sükan arxasına əyləşənlər, diqqətli  olun. Doğrudan da, ölüm qaşla göz arasındadır. 3 gecədir, ağrılardan yata bilmirəm. Dua edin ki, tez bir zamanda bu sarğılardan və  zədə almış barmağımın gipsindən xilas olum. Yarıda qalan yeni layihəmin ilk buraxılışı üçün çəkilişlərə başlayım. Mənəvi dəstəyinizə çox ehtiyacım var".

Milli.Az




Teqlər:  Azərbaycanlı aparıcı qəzaya düşdü FOTO



RƏYLƏR


Top xəbərlər