61 adam terrorçuların əsirliyindən azad edildi

61 adam terrorçuların əsirliyindən azad edildi
10:12 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Nigeriyanın hökumət qüvvələri ölkənin şimal-şərqində "Boko haram" terror qruplaşmasının əsirliyində olan, əsasən qadın və uşaqlardan ibarət 61 nəfəri azad edib.

"Report" xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin rəsmi bəyanatında bildirilir.

Məlumata görə, qoşunlar Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ekstremistlərin baza və düşərgəsinin yerləşdiyi Bitta və Damboa yaşayış məntəqələri yaxınlığında əməliyyat aparıblar. Əməliyyat zamanı ən azı 4 terrorçu məhv edilib. Azad olunan dinc vətəndaşlar təhlükəsiz yerə təxliyə olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR