Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ekvador Uruqvayı belə məğlub etdi (VİDEO)

Ekvador Uruqvayı belə məğlub etdi (VİDEO)

Date: 13 November 2015 10:21

2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının Cənubi Amerika zonası üzrə təsnifat mərhələsi çərçivəsində Ekvador millisi Uruqvayı qəbul edib.

ANS PRESS-in məlumatına görə, oyun Kito şəhərində baş tutub.

Matça gəlincə, oyunda hesab 23-cü dəqiqədə açılıb. Ekvadorlu futbolçu Felipe Kaysedo Xuan Karlos Paredesin ötürməsindən sonra komandasını hesabda önə keçirib. Uruqvayın cavabı isə, 49-cu dəqiqədə gəlib. Edinson Kavani Nikolas Lodeyronun cərimə zərbəsindən sonra havalandırdığı topu başla qapıdan keçirib.

Ancaq uruqvaylı azarkeşlərinin sevinci 10 dəqiqə çəkib. 59-cu dəqiqədə Ekvadorun heyyətində Fidel Martines vurduğu qolla Ekvadorun Uruqvay üzərində 2:1 hesablı qələbəsini rəsmiləşdirib.


Ekvador - Uruqvay oyunu


Cənubi Amerika zonası üzrə təsnifat mərhələsinin turnir cədvəli

Tags:  Ekvador Uruqvayı belə məğlub etdi VİDEO

RƏYLƏR


Top news