Əli Abbasovu bitirən şok səbəb

Əli Abbasovu bitirən şok səbəb
10:22 13 Noyabr 2015
355 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və yüksək texnologiyalar naziri də işdən qovuldu; Sabiq nazir istintaqa çağırılanda və ondan hesab sorulanda o, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub; məlum olub ki, əsas qərarları Aparat rəhbəri Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib; təhsil naziri də ciddi kadr dəyişikliyinə başladı - proses davam edəcək...

Noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.

Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə məlumatlar vardı.

Çünki MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin həbsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq - red.) bir-birinin ardınca sensasion həbslər başlamışdı. Əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri, Eldar Mahmudovun qohumu Beytulla Hüseynov saxlanıldı. Bunun ardınca isə Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs olundu. Oktyabrın 28-də isə Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov saxlanıldı.

Bu həbslər o anlama gəlirdi ki, MTN-in Rabitə Nazirliyindəki adamları vasitəsilə uzun illər Azərbaycanın siyasi hakimiyyət mənsublarının təkcə ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb.   

Bu həbslərdən sonra nazir Əli Abbasovun Baş Prokurorluqda istintaqa ifadə verdiyi, hətta onun işdən azad olunduğu barədə məlumatlar yayıldı. Amma Ə.Abbasov bu həbslərin MTN-lə əlaqəli olmasını, eləcə də işdən çıxarılması barədə xəbərləri israrla təkzib edirdi. Məlumatlara görə, adı digər məmurlara nisbətən korrupsiya qalmaqallarında az hallanan Ə.Abbasov nazirliyə nəzarəti tamamilə itiribmiş. Belə ki, MTN-dəki güclü dayaqlarına arxalanan aparat rəhbəri Vidadi Zeynalov nazirlikdə əsas söz sahibi imiş, hətta nazirin özünü belə saymırmış.

Ə.Abbasov istintaqa çağırılanda və ondan hesab sorulanda, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub. Belə məlum olub ki, Ə.Abbasov nazir olsa da, əsas qərarları Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib. Bu faktlar üzə çıxdıqdan sonra prezident 2004-cü ildən görəv verdiyi nazirin bu işləri bilib gizlətməsini xəyanət kimi dəyərləndirib və işdən azad olunması barədə qərar verib. Ehtimal edilir ki, sabiq nazir vəzifədən çıxarılmaqla yaxasını qurtara bilməyəcək və o da istintaqa cəlb olunacaq. Çünki Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bir müddətdir ki, nazirlikdə ciddi yoxlamalar aparır. Hətta bir mənbə Ə.Abbasov barədə həbs qərarı verilə biləcəyinin də istisna etməyib.

***
Təhsil naziri Mikayıl Cabbarov isə ciddi kadr dəyişikliyinə başlayıb. Bildirilir ki, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib. Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı isə tutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini təyin olunub.

Onun yeri Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmış Elvin Rüstəmova həvalə edilib. Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsini isə bundan sonra Vasif Məmmədov tutacaq.

Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev isə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

Bır sıra universitet rəhbərliyində də dəyişikliklər olub. Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyinat alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsi isə Gülşən Əliyevaya tapşırılıb.

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilib. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad ediliblər.
Təhsil şöbələrində də "təmizləmə" aparılıb. Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə işdən qovulublar. Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Vahid Dəmirov bir müddət əvvəl ona açılan cinayət işi ilə bağlı medianın gündəminə gəlmişdi. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilirdi və istintaqdan yayındığı üçün barəsində axtarış elan olunmuşdu. Daha sonra direktor açıqlamasında heç kimə qarşı dələduzluq etmədiyini bildirmişdi: "Bir müddət əvvəl 1000 manat borcum vardı, onu da qaytarmışam. 1000 manata görə niyə qaçım ki? Məsələ ay yarım əvvəl həll olunub gedib".

***
2013-cü ilin 19 aprelində  təhsil naziri təyin edilən Mikayıl Cabbarov sabiq nazir Misir Mərdanovun bir neçə kadrını nazirlikdən kənarlaşdırdı. Hazırda nazirlikdə Misir Mərdanovun komandasından qalan şəxslərin sayı barmaqla sayılası qədərdir.

Misir Mərdanovun ən sadiq kadrlarından hesab edilən dərsliklərdəki ciddi yanlışlıqlarla daima tənqid hədəfi olan  Faiq Şahbazlı nəhayət ki, nazirlikdən uzaqlaşdırılıb. Əvvəlki illərdə olduğu kimi,  bu il də dərsliklərdəki  acınacaqlı vəziyyət yenə də mediada müzakirə mövzularından biridir.

Doğrudur, vəzifədən azad olunmağına baxmayaraq, F.Şahbazlı işsiz qalmayıb. Məlumatlara görə, F.Şahbazlının Təhsil Problemləri İnstitutuna göndərilməsi müəyyən məqsəd daşıyır və o, yaxın gələcəkdə həmin institutun direktoru Qulu Novruzovu əvəzləyə bilər. Xatırladaq ki, Qulu Novruzov Mikayıl Cabbarov nazir təyin olunanda təhsil nazirinin müavini idi. M.Cabbarov təyinatından dərhal sonra ilk olaraq onu vəzifəsindən kənarlaşdırıb. Nazirlə direktorun arası indi də soyuqdur. İddialara görə, nazir Q. Novruzovu tədbirlərin çoxuna dəvət etmir və yaradılan müxtəlif komissiyalara üzv kimi salmır. Nazirin imzaladığı son əmrlərdən biri "İlin ən yaxşı müəllimi və məktəbinin seçilməsi"nin təşkilat komitəsinin yaradılması ilə bağlı olub. Həmin komitəyə nazir Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasovun adını salınıb.

"Yeni Müsavat"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46