Qardaşının müalicəsinə görə mağaza yardı

Qardaşının müalicəsinə görə mağaza yardı
10:26 13 Noyabr 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzəndə oğurluq edən dəstə saxlanılıb. Onlar gecə saatlarında 4 mağazadan oğurluq edərkən yaxalanıb.

ANS PRESS-in xəbərinə görə, onların ifşası Siyəzən sakinləri Nəzər Hüseynov, Seyfur Həmidov, Nəbi İbrahimov və Balaqadaş Mehbalıyevin ərizə ilə rayon polis şöbəsinə müraciət etmələrindən sonra mümkün olub. Dərhal əməliyyat keçirən polisin araşdırması nəticəsində 4 mağaza sahibinin yuxusunu qaçıranların kimliyi bilinib.Saxlanılanlar 25 yaşlı Bakı sakini Kamran Bədəlov, onun siyəzənli adaşı və yaşıdı Kamran Qafarov, 22 yaşlı Siyəzən sakinləri Anar Dəmirov və 23 yaşlı Əmrah Allahverdiyevdirlər. Araşdırma zamanı oğurluğun həyata keçirilmə mexanizmi də ortaya çıxıb.


Kamran Bədəlov- Saxlanılan şəxs

Siyəzən PŞ-nın müstəntiqi Elton Məmmədov ANS PRESS-ə bildirib ki, mağazalara Kamran Bədəlov daxil olmuş, digər 3 nəfər isə mağazanın qarşısında dayanıb, nəzarət ediblər. İlkin istintaq zamanı vətəndaşlara dəyən ziyanın məbləği təxminən 5000 manat müəyyən olunub. Araşdırma zamanı o da məlum olub ki, Kamran Bədəlovun mağazada törətdiyi oğruluq anbaan mağazalardan birinin müşahidə kamerasına da düşüb.


Oğurluq anı müşahidə kamerasında

O, dostlarını çöldə qoyaraq mağazalardan müxtəlif danışıq kartları,siqaret, geyim əşyaları və nəğd pul oğurlayıb. Saxlanılan Kamran Bədəlov ANS PRESS-ə bildirib ki, qardaşı əməliyyat olunmalı imiş. Onun müalicəsinə görə oğurluq etməli olub.


Oğurlanan mallar

Digər saxlanılan şəxslər də ifadələrində, oğurluqda iştiraklarını etiraf ediblər. İndi Siyəzən polisi onların daha hansı oğurluqda iştirak etdiklərini araşdırır.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR