Böyük Britaniya Avropa İttifaqını tərk edə bilər

Böyük Britaniya Avropa İttifaqını tərk edə bilər
10:27 13 Noyabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Böyük Britaniya 2017-ci ilə kimi Avropa İttifaqında (Aİ) qalıb-qalmayacağına dair qərar qəbul edəcək. Ada ölkəsində bir neçə siyasi partiya Aİ üzvü olaraq qalmaqla bağlı (Brexit) referendum keçirməyin tərəfdarıdır və bunlar arasında Muhafizəkarlar Partiyası və Birləşmiş Krallığın Müstəqil Partiyası (UKİP) daha fəaldır.
"Brexit"in tərəfdarları öz argumentlərini müxtəlif amillərlə izah edirlər. "Brexit" üçün əsas arqument Aİ-nin çox xərc tələb etməsidir, belə ki, onlar Aİ-nin üzv dövlətlərin milli siyasətinə və milli suverneliyinə müdaxilə etdiyini və sərt tənzimləmənin biznes mühitinə zərər yetirdiyini bildirirlər. Britaniya monetar birliyin üzvü olmaqdan imtina etmişdir və öz milli valyutası olan funt sterlinqi (GBP) ümumi Avropa valyutası ilə əvəz etməyib. İngiltərə eyni zamanda Şengen birliyinə də daxil olmayıb və digər Avropa ölkələri ilə açıq sərhəd siyasətini paylaşmayıb.
50$ pulsuz bonus götürün və qlobal maliyyə bazarında ticarət edin.
Lakin, ABŞ-ın ticarət nümayəndələri Britaniyanin Aİ-ni tərk etməsində maraqlı olmadıqlarını bildirib və Aİ ilə ticarət razılaşması ilə bağlı danışıqlardan ada ölkəsinin məhrum ola biləcəyini qeyd ediblər. Çünki ABŞ Böyük Britaniya ilə ayrıca ticarət razılaşmasında maraqlı deyil. Bu halda, İngiltərə ABŞ-da ticarətdə güzəştlərdən istifadə etmə şansını itirə və Brazilya, Çin və Hindistan kimi eyni tariflərlə üzləşə bilər.
Böyük Britaniyanın Aİ-ni tərk etməsi avroya neqativ təsir edə bilər. Belə ki, Şotlandiya Böyük Britaniyada qalmaqla bağlı referendum keçirmişdir və həmin vaxtı funtun qiyməti düşmüşdür, çünki Şotlandiya Böyük Britaniyanı tərk etsəydi birlik parçalana bilərdi və bu da valutaya mənfi təsir edə bilərdi. Lakin şotlandlar Birliyin tərkibində qalmağa səs verdilər.
Əgər İngiltərə referendum keçirərsə, analoji vəziyyət təkaralana bilər. Bundan başqa, Əmək Partiyası bu ideyanın və referendumun əleyhinədir. Nəticədə, qeyri-müəyyənlik avro və funta neqativ təsir edə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/boyuk-britaniya-avropa-i-ttifaqini-terk-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR